Icma.az
close
up
RU
ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin imkanları haqqında məlumatlandırıb

ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin imkanları haqqında məlumatlandırıb

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ADY-dən "Operativ Media" verilən məlumata görə, tədbirdə ADY sədrinin müşaviri Emil Məmmədov Orta Dəhliz, Azərbaycanın bu dəhlizin inkişafındakı rolu və Azərbaycan Dəmir Yollarının tranzit yükdaşıma həcminin artırılması üçün regional və beynəlxalq əməkdaşlığı genişləndirməsi barədə təqdimatla çıxış edib.

ADY rəsmisi Orta Dəhlizin potensialının reallaşdırılması üçün Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, BTQ illik 5 milyon ton yük ötürücülük gücü ilə Çindən Avropaya tranzit və ixrac yüklərinin səmərəli daşınması üçün daha qısa və sürətli marşrut təklif edir.

Bildirilib ki, Avropa logistika operatorları və ekspeditor şirkətləri Orta Dəhlizdən istifadəni intensivləşdirməklə regional yükdaşımalar üçün yeni imkanlardan faydalana bilərlər. Həmçinin tədbir iştirakçılarına Qərbdən Şərqə gələn yük bazasının formalaşması, yüklərin Türkiyə və BTQ vasitəsilə Orta Dəhliz üzərindən daşınmasının mümkünlüyü, eləcə də ADY-nin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verilib.

ADY-nin Orta Dəhlizin inkişafı üçün gördüyü işlərdən danışan Emil Məmmədov ötən il BTQ-nin modernləşdirilməsinin tamamlandığını və marşrutun səmərəli istismarı üçün Gürcüstan tərəfi ilə birgə müəssisə yaradıldığını deyib. Digər birgə müəssisənin isə Orta Dəhlizin inkişafı üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında təsis edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, ADY Orta Dəhlizin inkişafına daha çox təkan vermək üçün bu ay Azərbaycandan Çinə ilk ixrac blok-qatarının yola salınmasını təmin edib. 62 ədəd 40 futluq konteynerdən ibarət ixrac blok-qatarı Qazaxıstandan keçməklə yükləri Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdıracaq. Bu ilin sonunadək Azərbaycandan Çinə ümumilikdə 600 konteyner ixrac yükünün yola salınması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 02 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see195

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri