Icma.az
close
up
RU
ADY sədri Qazaxıstanda forumda iştirak edib

ADY sədri Qazaxıstanda forumda iştirak edib

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana səfəri çərçivəsində 8-ci “Yeni İpək Yolu” (“New Silk Way”) biznes-forumunda iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, “Rəqəmsal İpək Yolu: Süni intellekt və logistikanın qabaqcıl texnologiyaları” mövzusunda keçirilmiş forumda rəqəmsal transformasiyanın nəqliyyat-logistika sektoruna təsiri, süni intellektin tətbiqi və müasir texnologiyaların beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasındakı rolu diqqət mərkəzində olub.

ADY sədri həmçinin forumun tərkib hissəsi kimi təşkil olunmuş və Azərbaycan Dəmir Yollarının ayrıca stendlə iştirak etdiyi “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgisini ziyarət edib, burada təqdim olunan qabaqcıl nəqliyyat-logistika həll və texnologiyaları ilə tanış olub. Eyni zamanda, forum çərçivəsində ADY və AZCON rəhbər heyətlərinin “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Eljas Otınşiyevlə görüşü keçirilib. Görüşdə iki ölkənin dəmir yolu şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, tranzit daşımalarının həcminin artırılması və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.

Bundan başqa, ADY sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb. Müzakirələr dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından daha səmərəli istifadə və yükdaşımalar üzrə koordinasiyanın təkmilləşdirilməsi kimi məsələləri əhatə edib.

Görüşlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın tranzit potensialının əlaqələndirilməsinin, dəmir yolu infrastrukturu və logistika xidmətlərinin inkişaf etdirilməsinin, eləcə də rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsinin regional nəqliyyat bağlantılarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 

Nigar
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri