Elçin Babayev Qazaxıstanda keçirilən forumda iştirak etdi FOTOLAR
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Almatı şəhərində keçirilən II Qazaxıstan–Azərbaycan Universitetləri Rektorları Forumunda iştirak edib.
Globalinfo.az bildirir ki, forumun açılışında Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşüblər.
Elçin Babayev Forumda çıxışında qeyd edib ki, müasir dövrdə təhsil və elm davamlı inkişafın əsas amillərindən biridir və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, rəqəmsal transformasiya, süni intellekt, yaşıl texnologiyalar kimi istiqamətlər universitetlərarası əməkdaşlığın yeni məzmununu formalaşdırır.
Rektor çıxışında Bakı Dövlət Universiteti ilə Qazaxıstanın aparıcı universitetləri arasında artıq formalaşmış əməkdaşlığa da toxunub. Qeyd olunub ki, bu əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda birgə tədqiqat layihələri, ikili diplom proqramları və innovasiya platformalarını da əhatə edir.
Elçin Babayev, həmçinin əməkdaşlığın gələcək inkişaf istiqamətləri kimi birgə elmi-tədqiqat mərkəzlərinin yaradılması, doktorantura səviyyəsində birgə rəhbərlik mexanizmlərinin tətbiqi, eləcə də gənc alimlər üçün ortaq platformaların formalaşdırılmasını qeyd edib. O, Bakı Dövlət Universitetinin bu istiqamətdə Qazaxıstandakı tərəfdaşları ilə daha sıx işləməyə hazır olduğunu bildirib.
Forum çərçivəsində universitetlər arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimi keçirilib. BDU bu prosesdə iştirak edərək Qazaxıstanın aparıcı ali təhsil müəssisələri – Qazax Milli Qadın Pedaqoji Universiteti və Ablay xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti ilə anlaşma memorandumları (MoU), həmçinin Abay adına Qazax Milli Pedaqoji Universiteti və Atırau Neft və Qaz Universiteti ilə ikili diplom proqramlarının həyata keçirilməsini nəzərdə tutan niyyət protokolları (Letter of Intent) imzalayıb. İmzalanan sənədlər əsasən ikili diplom proqramlarının təşkili, birgə elmi fəaliyyət və akademik mübadilənin genişləndirilməsini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Aprel 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















