ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
14–15 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.
Newscenter.az-a ADY-dən bildirilib ki, İşçi Qrupunun rəhbəri, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, eləcə də regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:ADY Orta Dəhlizin səmərəliliyinin artırılması istiqamətində işləri davam etdirir Rövşən Rüstəmov
26 Noyabr 2025 14:49
Azərbaycan Sofiyada energetika üzrə nazirlər görüşündə iştirak edib
25 Fevral 2025 18:12
Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işlər müzakirə edilib FOTO
15 Noyabr 2024 22:57
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
06 Oktyabr 2026 15:02
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib
15 Noyabr 2024 23:54
Baxış sayı:162
Bu xəbər 15 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















