Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni araşdırma gün ərzində müəyyən fasilələrlə edilən qısa və sürətli gəzintilərin birdəfəlik uzun gəzinti ilə müqayisədə maddələr mübadiləsinə və ürək sağlamlığına daha müsbət təsir göstərə biləcəyini üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, nəticələrə görə, gün ərzində hər saatdan bir cəmi 5 dəqiqə sürətli gəzmək günün sonunda 45 dəqiqəlik fasiləsiz gəzintidən daha təsirli ola bilər.
"Obesity" jurnalında dərc olunan və 30 yetkin şəxsin iştirak etdiyi altıhəftəlik tədqiqatda maraqlı fərqlər qeydə alınıb. Belə ki, gün ərzində qısa gəzinti fasilələri verən şəxslərdə qan şəkəri səviyyəsinin normal həddə qalma müddəti 82%-dən 94%-ə yüksəlib. Birdəfəlik davamlı gəzinti edənlərdə isə bu göstərici 89%-dən 80%-ə enib.
Tədqiqatçılar xüsusilə oturaq rejimdə — masa arxasında işləyənlər üçün hər 30-60 dəqiqədən bir ayağa qalxıb hərəkət etməyin qan şəkərindəki kəskin dalğalanmaların qarşısını almağa kömək etdiyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 25 Noyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















