Icma.az
close
up
RU
ADY yenilənmiş istifadəçi yönümlü korporativ vebsaytını təqdim edib

ADY yenilənmiş istifadəçi yönümlü korporativ vebsaytını təqdim edib

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Belə ki, www.ady.az veb-saytı həm sərnişinlərin, həm də biznes tərəfdaşların ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edəcək. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edə bilərlər.
Newscenter.az quruma istinadən xəbər verir ki, veb-saytın məzmununun əsas hissəsini “Korporativ”, “Yük daşımaları” və “Sərnişin daşımaları” bölmələri təşkil edir.
“Korporativ” bölmədə ADY-nin tarixi, keçdiyi şanlı yol, şirkətin rəhbərliyi, struktur bölmələri, missiya və dəyərləri haqqında ətraflı məlumat verilib.
Yerli və xarici biznes tərəfdaşlarını maraqlandıran məqamları əhatə edən “Yük daşımaları” bölməsində innovativ həllərdən olan tarif kalkulyatoru, ADY-nin əməkdaşlıq etdiyi tərəfdaş şirkətlər, hazırda istismarda olan vaqon parkı və ölkə ərazisində yerləşən yük stansiyaları haqqında faydalı məlumatlar yerləşdirilib.
Saytın “Sərnişin daşımaları” bölməsi rahat interfeys və müasir dizaynla tərtib edilib. Yeni sayt maksimal dərəcədə sürətli və intuitiv olduğundan sərnişinlər üçün üçün bilet alışı prosesi artıq daha da asan olub. Bundan başqa, yenilənmiş şəxsi kabinet və hərəkət cədvəli zəruri məlumatların qısa zaman ərzində əldə edilməsinə imkan verir.
İstifadəçilər həmçinin sərnişin stansiyaları, səyahət sinifləri, mövcud marşrutlar, qatarlarda daşıma qaydaları və müasir üsullarla ödəmə imkanları kimi vacib məlumatları saytdan əldə edə biləcəklər.
ADY-nin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu, transmilli hədəfləri ilə ölkənin aparıcı şirkətlərindən birinə çevrilməsini, eləcə də istifadəçilərin rahatlığını nəzərə alaraq veb-saytın məzmunu Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də hazırlanıb. Qeyd edilən yenilik istər sərnişin qatarlarından istifadə edən xarici ölkə vətəndaşlarının, istərsə də potensial biznes tərəfdaşların ADY-nin xidmətlərindən yararlanmasına şərait yaradacaq.
Veb-saytda inklüzivlik və sosial məsuliyyət prinsiplərinin təşviqinin bir hissəsi kimi, “Müyəssərlik menyusu” veb-saytın istənilən bölməsində yerləşdirilmiş məzmunu köməkçi rəqəmsal alətlər vasitəsilə daha aydın görməyə və istifadəçinin istəyinə uyğun olaraq mətnin ölçülərini tənzimləməyə imkan verir. Bu isə öz növbəsində, ADY-nin xidmətlərinin bütün həssas qruplar üçün əlçatan olmasına şərait yaradır.
ADY-nin yeni veb-saytı şirkətin müasir dəmiryol sisteminin inkişafı və rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Veb-sayt istifadəçilərə hər zaman dəqiq və aktual məlumatlar təqdim etməklə yanaşı, ADY-nin brend kimi qlobal müstəvidə tanıdılmasını təşviq edəcək.

Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri