Icma.az
close
up
RU
ADY yenilənmiş korporativ vebsaytını təqdim edib FOTO

ADY yenilənmiş korporativ vebsaytını təqdim edib FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib.

ADY-dən Avtosfer.az-a bildirilib ki, belə ki, www.ady.az veb-saytı həm sərnişinlərin, həm də biznes tərəfdaşların ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edəcək.

İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edə bilərlər. Veb-saytın məzmununun əsas hissəsini “Korporativ”, “Yük daşımaları” və “Sərnişin daşımaları” bölmələri təşkil edir.

“Korporativ” bölmədə ADY-nin tarixi, keçdiyi şanlı yol, şirkətin rəhbərliyi, struktur bölmələri, missiya və dəyərləri haqqında ətraflı məlumat verilib.

Yerli və xarici biznes tərəfdaşlarını maraqlandıran məqamları əhatə edən “Yük daşımaları” bölməsində innovativ həllərdən olan tarif kalkulyatoru, ADY-nin əməkdaşlıq etdiyi tərəfdaş şirkətlər, hazırda istismarda olan vaqon parkı və ölkə ərazisində yerləşən yük stansiyaları haqqında faydalı məlumatlar yerləşdirilib.

Saytın “Sərnişin daşımaları” bölməsi rahat interfeys və müasir dizaynla tərtib edilib. Yeni sayt maksimal dərəcədə sürətli və intuitiv olduğundan sərnişinlər üçün bilet alışı prosesi artıq daha da asan olub. Bundan başqa, yenilənmiş şəxsi kabinet və hərəkət cədvəli zəruri məlumatların qısa zaman ərzində əldə edilməsinə imkan verir.

İstifadəçilər, həmçinin sərnişin stansiyaları, səyahət sinifləri, mövcud marşrutlar, qatarlarda daşıma qaydaları və müasir üsullarla ödəmə imkanları kimi vacib məlumatları saytdan əldə edə biləcəklər.

ADY-nin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu, transmilli hədəfləri ilə ölkənin aparıcı şirkətlərindən birinə çevrilməsini, eləcə də istifadəçilərin rahatlığını nəzərə alaraq veb-saytın məzmunu Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də hazırlanıb. Qeyd edilən yenilik istər sərnişin qatarlarından istifadə edən xarici ölkə vətəndaşlarının, istərsə də potensial biznes tərəfdaşların ADY-nin xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Veb-saytda inklüzivlik və sosial məsuliyyət prinsiplərinin təşviqinin bir hissəsi kimi, “Müyəssərlik menyusu” veb-saytın istənilən bölməsində yerləşdirilmiş məzmunu köməkçi rəqəmsal alətlər vasitəsilə daha aydın görməyə və istifadəçinin istəyinə uyğun olaraq mətnin ölçülərini tənzimləməyə imkan verir. Bu isə öz növbəsində, ADY-nin xidmətlərinin bütün həssas qruplar üçün əlçatan olmasına şərait yaradır.

ADY-nin yeni veb-saytı şirkətin müasir dəmiryol sisteminin inkişafı və rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Veb-sayt istifadəçilərə hər zaman dəqiq və aktual məlumatlar təqdim etməklə yanaşı, ADY-nin brend kimi qlobal müstəvidə tanıdılmasını təşviq edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri