Icma.az
close
up
RU

Azərbaycan Dəmir Yolları yenilənmiş korporativ vebsaytını istifadəyə verib

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib.

"Operativ Media" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Belə ki, www.ady.az veb-saytı həm sərnişinlərin, həm də biznes tərəfdaşların ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edəcək. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edə bilərlər.

Veb-saytın məzmununun əsas hissəsini “Korporativ”, “Yük daşımaları” və “Sərnişin daşımaları” bölmələri təşkil edir.

“Korporativ” bölmədə ADY-nin tarixi, keçdiyi şanlı yol, şirkətin rəhbərliyi, struktur bölmələri, missiya və dəyərləri haqqında ətraflı məlumat verilib.

Yerli və xarici biznes tərəfdaşlarını maraqlandıran məqamları əhatə edən “Yük daşımaları” bölməsində innovativ həllərdən olan tarif kalkulyatoru, ADY-nin əməkdaşlıq etdiyi tərəfdaş şirkətlər, hazırda istismarda olan vaqon parkı və ölkə ərazisində yerləşən yük stansiyaları haqqında faydalı məlumatlar yerləşdirilib.

Saytın “Sərnişin daşımaları” bölməsi rahat interfeys və müasir dizaynla tərtib edilib. Yeni sayt maksimal dərəcədə sürətli və intuitiv olduğundan sərnişinlər üçün üçün bilet alışı prosesi artıq daha da asan olub. Bundan başqa, yenilənmiş şəxsi kabinet və hərəkət cədvəli zəruri məlumatların qısa zaman ərzində əldə edilməsinə imkan verir.

İstifadəçilər həmçinin sərnişin stansiyaları, səyahət sinifləri, mövcud marşrutlar, qatarlarda daşıma qaydaları və müasir üsullarla ödəmə imkanları kimi vacib məlumatları saytdan əldə edə biləcəklər.

ADY-nin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu, transmilli hədəfləri ilə ölkənin aparıcı şirkətlərindən birinə çevrilməsini, eləcə də istifadəçilərin rahatlığını nəzərə alaraq veb-saytın məzmunu Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də hazırlanıb. Qeyd edilən yenilik istər sərnişin qatarlarından istifadə edən xarici ölkə vətəndaşlarının, istərsə də potensial biznes tərəfdaşların ADY-nin xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Veb-saytda inklüzivlik və sosial məsuliyyət prinsiplərinin təşviqinin bir hissəsi kimi, “Müyəssərlik menyusu” veb-saytın istənilən bölməsində yerləşdirilmiş məzmunu köməkçi rəqəmsal alətlər vasitəsilə daha aydın görməyə və istifadəçinin istəyinə uyğun olaraq mətnin ölçülərini tənzimləməyə imkan verir. Bu isə öz növbəsində, ADY-nin xidmətlərinin bütün həssas qruplar üçün əlçatan olmasına şərait yaradır.

ADY-nin yeni veb-saytı şirkətin müasir dəmiryol sisteminin inkişafı və rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Veb-sayt istifadəçilərə hər zaman dəqiq və aktual məlumatlar təqdim etməklə yanaşı, ADY-nin brend kimi qlobal müstəvidə tanıdılmasını təşviq edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri