Icma.az
close
up
RU
AEM qeydiyyata alınan dərman vasitələrini və ekspertizanın mərhələlərini açıqlayıb

AEM qeydiyyata alınan dərman vasitələrini və ekspertizanın mərhələlərini açıqlayıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdir müavini Azər Həsənov deyib.

O bildirib ki, generiklərə - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır: Həmçinin bu siyahıya dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyalarının, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələrinin, eləcə də dərman maddələri daxildir. Bütün bu sadalananlar isə “Dərman vasitələri haqqında” Qanunla tənzimlənir. “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası onların dövlət reyestrinə daxil edilməsini və Azərbaycanda istehsalına, idxalına və tətbiqinə icazə verilməsini nəzərdə tutan tədbirlər sistemidir. Dərman vasitələri dövlət reyestrinə, həmçinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən daxil edilir”,- deyə o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, bununla yanaşı, sistem müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən risk dərəcəsi daha yüksək, yüksək və orta kimi səciyyələndirilən tibb vasitələrinin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur: “Eyni qaydalar tibb vasitələrinin Azərbaycanda sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini ehtiva edir. Bütün bu tədbirlər sistemi “Dərman vasitələri haqqında” Qanunla tənzimlənir”.

Azər Həsənov, həmçinin dərman vasitələrinin qeydiyyata alınması məqsədilə aparılan ekspertizanın mərhələlərini diqqətə çatdırıb: “İlkin ekspertiza dərman vasitəsinin dövlət qeydiyyatının məqsədəuyğunluğu və ona dair qeydiyyat sənədlərinin tamlığı barəsində məlumat verilməsi üçün keçirilir. İxtisaslaşdırılmış ekspertiza isə dərman vasitəsinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyini yoxlamaq məqsədilə dərman vasitəsinin qeydiyyat sənədlərinin ekspertizasıdır. Sonda dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin qiymətləndirilməsi üzrə aparılmış tədqiqatların nəticələri nəzərə alınmaqla, ərizəçiyə dərman vasitəsinə dair ekspertiza rəyi təqdim edilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri