Icma.az
close
up
RU
AFAQ layihəsi çərçivəsində Xocalıda iki kooperativ təsis olunub

AFAQ layihəsi çərçivəsində Xocalıda iki kooperativ təsis olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xocalı, 10 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Oktyabrın 10-da Xocalı rayonunun Ballıca kəndində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı və “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə AFAQ layihəsi çərçivəsində “Ballıcanın ilk AFAQ-çıları” adlı tədbir keçirilib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək vermək, xüsusilə qadın fermerlərin bu sahədə fəallığını artırmaq və onların dayanıqlı təsərrüfatlar qurmasına şərait yaratmaq olub. Bu çərçivədə, ümumilikdə, 53 fermerə müxtəlif istiqamətlərdə dəstək göstərilib.

Tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də kənd sakinləri iştirak ediblər. Bildirilib ki, fermerlərə dəstək məqsədi daşıyan sosialyönümlü təşəbbüslər arasında bu layihə xüsusi yer tutur. Bu günədək layihə çərçivəsində 312 qadına dəstək göstərilib, bu ildən həm də qadın kooperativlərinin yaradılmasına yardım edilir. Belə təşəbbüslər, kənd yerlərində məşğulluğun artırılmasına, yerli istehsalın güclənməsinə və sosial rifahın yaxşılaşdırılmasına mühüm töhfə verir. Layihə qadınların iqtisadi fəallığının artmasına, həmçinin kənd təsərrüfatında innovativ və dayanıqlı istehsalın inkişafına şərait yaradır.

AFAQ layihəsi çərçivəsində Xocalıda hər birində 5 qadının yer aldığı “Güllü yaylaq” və “Qızıl pətək” adlı iki kooperativ təsis edilib. Bu kooperativlər kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə məşğul olacaq, nəticədə kənd qadınlarının məşğulluq və gəlir imkanları daha da genişlənəcək.

Qeyd edək ki, fermerlər üçün biznes idarəçiliyi, maliyyə savadlılığı, heyvandarlıq, arıçılıq, quşçuluq, tingçilik və kooperativ idarəçiliyi mövzularında təlimlər təşkil olunub. Təlimlərdə iştirakçılara nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da öyrədilib. Tədbirin yekununda fermerlərin təsərrüfatlarını inkişaf etdirmələrinə dəstək məqsədilə 86 ədəd avadanlıq və 18 ton yem təqdim olunub, həmçinin iştirakçılara sertifikatlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri