Icma.az
close
up
RU
AFFA iki türkün arasına girdi? Tarixi futbol qarşılaşması ilə bağlı maraqlı iddialar var

AFFA iki türkün arasına girdi? Tarixi futbol qarşılaşması ilə bağlı maraqlı iddialar var

Icma.az, Mia.az saytına istinadən bildirir.

Nə zamandır idman cameəsi tarixi bir futbol görüşünün ayrıntılarının açıqlanmasını gözləyirdi.

Mia.az xəbər verir ki, “Turan Tovuz” Futbol Klubu (FK) yay hazırlıqları müddətində Cənubi Azərbaycan təmsilşici, İran futbol çempionatının qalibi “Traktor Azərbaycan”la yoxlama görüşü barədə anons vermişdi. 

Möhtəşəm bir xəbər idi, elə deyilmi?

İki türk, iki qurd. Biri boz, digəri qırmızı. Dostcasına üz-üzə gələcəkdi. 

Kiminsə qazancı yox idi ortada. Sadəcə, iki həsrətli ürək bir-birinə qovuşacaqdı. 

Hadisənin mənəvi təntənəsi olduğu kimi, siyasi altı da vardı. Bunu heç kim danmırdı. Amma heç bir don geyindirmədən, hətta görüş üçün başqa ölkənin ərazisini seçməklə (azarkeş izdihamına yol verməmək niyyətilə) tarixi bir ilkə imza atacaqdı “Turan Tovuz”. 

Görüş iyul ayının 29-da Türkiyə ərazisində baş tutmalıydı. Hətta ilk xəbərlərdə Türkiyənin Bolu vilayətinin adı çəkilirdi. Açığı, Bolu adını eşidəndə bir az şübhələnmişdik. Bolu Ankara ilə İstanbul arasında dağlıq bir bölgədi. Gediş-gəlişi çətin, yalnız avtobusla, o da 10-15 saat çəkən bir yolçuluğu var Bolunun. Türkiyədə o qədər stadionlar və uyğun məkanlar varkən, iki türkü saatlarla sürən yolçuluqla aparıb dağın başında görüşdürməyin məntiqini adam beynində qura bilmir təbii ki. Düzdü, yoldaşlıq görüşlərinə azarkeşlər buraxılmır. Amma ictimaiyyət və media nümayəndələri ki, var. Onlar bu dağlara necə çıxacaqdı?

Daha sonra eşitdik ki, ümumiyyətlə, görüş mediaya və ictimaiyyətə qapalı olacaq. Olsun. Görüşsünlər nəhayət. Biz olmasaq da olar.

Son xəbərdə deyildi ki, hələ görüşün detalları tam aydın deyil, danışıqlar davam edir. Hələ görüş yeri də razılaşdırılmayıb. Artıq məsələ bəlli idi. “Turan” da bu gün son nöqtəni qoydu.

Məsələ burada bitdimi? Yox.

İki türkün, “iki qurd”un qarşılaşmasına nə mane oldu, bunu bilmək bizim haqqımızdı. Bu qarşılaşmanın taleyinə dair ətraflı məlumat vermək təkcə “Turan”ın yox, AFFA-nın da boynunun borcudu. Niyəsini deməyə ehtiyac varmı? Belə mötəbər yarışmaya dair atılan addımların məgər AFFA-nın iştirakı olmadan həyata keçirildiyini düşünəcək qədər sadəlövhmüyük biz?  Ələlxüsus, işin içində siyasi rəng varsa, “Turan”a icazə verərdilərmi sizcə, “özbaşına” bu oyunu danışsın, təşkil eləsin? 

Əslində “Turan”a nəyi icazə verdilər ki, məsələn, ötən mövsümdə? Premyer Liqa oyunlarında dəfələrlə hakim haqsızlığına məruz qaldı. AFFA onsuz da fürsət düşən kimi “Turan”ın ayağını tapdalayır. Biz o əsassız cərimələri də unutmadıq. Ötən futbol mövsümü elə məhz “Turan-Tovuz”un, “Araz-Naxçıvan”ın sayəsində bir az rənglənmişdi: standart olaraq dəstək alan klublara göz dağı verməyi bacarmışdılar. Amma təbii ki, AFFA-nın üz döndərdiyi klublar belə psixoloji pressinqə bəzən tab gətirmir və geri çəkilir. Ona görə də “Turan”ın “Traktor”la baş tutmayan görüşünün də arxasında AFFA-nı axtarmağımı qınamayın.

“Traktor”la görüş təkcə mənəvi təntənə deyil. Həmçinin imic və avtoritet söhbətidi. Bunu hər klub istəyərdi. Necə ki, Qurban Qurbanov arzu edirdi. “Traktor Azərbaycan”la görüş “Qarabağ”ın illərdi, arzusu olaraq qalır. Ağdam klubunun dəfələrlə bu görüşə can atdığını eşitmişik. Baş məşqçi Qurban Qurbanov “Traktor” İran çempionu olandan sonra bu barədə suala cavabında ““Traktor”la yoldaşlıq oyunu keçirməyə çox şad olardıq”, - deyə niyyətli olduqlarını gizlətməmişdi. 

“Turan”ın qarşısını kəsənlər “Traktor”la görüş üçün “Qarabağ”ın yolunu açsalar, mən AFFA-nın bu oyununun sonunun yaxşı olmayacağı düşüncəsindəyəm.

Amma nə bilmək olur, bəlkə ortada başqa səbəblər də var.

Məsələn, ola bilər ki, “Traktor” geri çəkilib. İran siyasi dairələrinin iradəsinə tabe olublar.

Yaxud, Türkiyə başını cəncələ salmaq istəməyib. 

Mən şəxsən bununla bağlı “Turan”dan geniş açıqlama gözləyirəm. Qoy danışsınlar.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 İyul 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri