Icma.az
close
up
RU
AFFA nəyi gözləyir? Elə bu gün göndər getsin!

AFFA nəyi gözləyir? Elə bu gün göndər getsin!

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həə, səbrin sonu salamatdır, deyirlər. Ya bizim futbol azarkeşləri çox səbirlidir, ya da futbol başbilənləri biganə. Bunca səbirə rəğmən isə işin sonu əvvəlindən də betər oldu.
"Ağıl yaşda deyil, başdadır" deyimini həmişə üstün tutan atalardan fərqli olaraq AFFA niyəsə milliyə məşqçi seçəndə həm Santuşun yaşına, həm də başına, daha doğrusu, futbol üçün ağaran ağ saçlarına baxıb qərar verib, görəsən? Məşqçinin yaşı qədər səhifə dolusu strategiya sicilləməsini yazanlar və Santuş özü də hər oyun bir heyəti sınaqdan keçirə-keçirə bir də görərlər ki, beş il keçib, hələ uduzuruq. Yəqin, konkret qərar üçün millinin Fransadakı "toy"unu gözləyirlər. İllər öncəki faciənin təkrarlanmasına çox da zaman qalmayıb. Əlbəttə, özümüzü aldatmağın da bir limiti, həddi var. Leksikonumuzda onlarla ümid verən kəlmə tapıb arzular edə bilərik, amma reallıq bu ki, növbəti biabırçılıq, həm də hərfən böyük, mənən ondan da böyük məğlubiyyət qaçılmazdır. 
Hər başa gələn çəkilməz. Nə məcburdur? Günü bugün "AFFA Santuşla yolları ayırdı" başlıqlı xəbəri manşetə çıxarmağın tam zamanıdır.  Həm də elə bu uşaqları, bu heyəti yerli normal məşqçiyə etibar edib nəticə tələb etməyin vaxtıdır. Lalın dilini anası bilən kimi ancaq öz mental xarakterimizə bələd insan tələblə, sərtliklə, lazım gəlsə qulaqburması, lap milli "bəzəkli" sözlərlə də olsa, istədiyi ala biləcək bunlardan. Başqa yolu yoxdur. Olsa, elə Santuş cənabları o yolu tutub futbol millimizi ağ günə çıxarardı. 
Dünyanın ən gözəl himninin sədaları altında meydana çıxan komandanın olan-qalan azarkeşin də hissləri ilə oynamağa, ümidlərini puç edib stadiondan, ekran önündən əli ətəyindən uzun qaytarıb küsdürməyə haqqı yoxdur. 
"Oser faciə"sinin onilliyində növbəti biabırçılığı yaşamamaq ümidilə...

Macarıstanın baş məşqçisi: “Azərbaycandan narazı qalmaq doğru olmaz” Millimiz macarlara məğlub oldu - YENİLƏNİB Millimizin start heyəti müəyyənləşib Millimiz Gürcüstanla bacarmadı Adil Şükürov rəsmən “Kəpəz”də
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri