AFFA nın vitse prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva “Qlobal İdman İdarəçiliyi üzrə Executive Master” (MESGO) beynəlxalq magistr proqramını uğurla tamamlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idman sahəsində çalışan rəhbər şəxslər üçün nəzərdə tutulan MESGO UEFA-nın dəstəyi ilə həyata keçirilən nüfuzlu beynəlxalq təhsil proqramıdır.
Proqram Fransanın Limoj Universitetinin İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) koordinasiyası ilə UEFA Akademiyası və tərəfdaş akademik qurumların əməkdaşlığı çərçivəsində təşkil olunur.
Proqram iştirakçılara idman təşkilatlarını daha səmərəli idarə etmək, mürəkkəb məsələlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək və idmanın gələcəyini formalaşdıran dəyişikliklərə hazır olmaq üçün bilik və bacarıqlar qazandırır. 2024–2026-cı illəri əhatə edən tədris Avropa, Şimali Amerika və Asiyada keçirilən doqquz sessiyadan ibarət olub. Tədris sessiyaları professorların və sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib.
İki il ərzində iştirakçılar beynəlxalq idman qurumlarının və digər beynəlxalq təşkilatların fəaliyyəti və idarəetmə təcrübəsi ilə yerində tanış olub, onların iş prinsiplərini təhlil edib, sahənin aparıcı mütəxəssisləri ilə fikir və təcrübə mübadiləsi aparıblar. Tədris çərçivəsində idarəetmə və yarışların təşkilindən kommersiya hüquqları, etika və risklərin idarə edilməsinədək geniş mövzular əhatə olunub, nəzəri biliklər real nümunələrlə əlaqələndirilib, idman təşkilatlarının qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib.
Könül Mehdiyevanın peşəkar fəaliyyəti ilə yanaşı, fəqlənmə ilə tamamladığı bu proqram ona beynəlxalq idman idarəçiliyinə dair daha geniş baxış və yeni peşəkar əlaqələr qazandırıb. Əldə olunan bilik və təcrübə onun AFFA-dakı fəaliyyətində və Azərbaycan futbolunun inkişafına yönələn işində faydalı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















