ASA nın əməkdaşı “Barselona” klubunun ixtisasartırma kursunu uğurla bitirib FOTO
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycan İdman Akademiyasının (ASA) İdman tibbi tədqiqatları laboratoriyasının psixoloqu Arzu Süleymanova nüfuzlu beynəlxalq təlim proqramını uğurla başa vurub.
"Unikal" xəbər verir ki, o, İspaniyanın “Barselona” Futbol Klubunun İnnovasiya Mərkəzində (Barça Innovation Hub) təşkil olunan “İdmançılar üçün İdman Psixologiyası” (Sport Psychology for Athletes Development) adlı dörd aylıq ixtisasartırma kursunda iştirak edib.
Təlim müddətində ASA-nın əməkdaşı idmançıların psixoloji hazırlığı, özünü tənzimləmə bacarıqları, performansın artırılması, komandadaxili münasibətlərin inkişaf etdirilməsi və psixoemosional dəstəyin göstərilməsi kimi sahələr üzrə müasir yanaşmalarla tanış olub. Kursun sonunda Arzu Süleymanova imtahandan uğurla keçərək beynəlxalq səviyyəli sertifikata layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















