Icma.az
close
up
RU
AFFA onları da iyrəndirdi: AZARKEŞLƏRDƏN MİLLİYƏ BOYKOT

AFFA onları da iyrəndirdi: AZARKEŞLƏRDƏN MİLLİYƏ BOYKOT

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandasının azarkeş qrupu "Göyqurdlar" boykot qərarı verib.

Apasport.az xəbər verir ki, azarkeş birliyi bu barədə bəyanat yayıb.

Fanatlar həmin müraciətdə AFFA-nın onlara laqeyd yanaşdığını, məktublarına konkret cavab verməməsini və futbolçularla aralarına bariyer qoymağa çalışmasını qeyd ediblər.

Paylaşımı diqqətinizə çatdırırıq:

"Hörmətli AFFA,

Göyqurdlar Azarkeş Birliyinin AFFA-nın 08.05.2025-ci il tarixli məktubuna CAVABI
Azərbaycan milli komandasının oyunlarının boykotu ilə bağlı rəsmi bəyanat

08.05.2025-ci il tarixli, 652/05-25 nömrəli məktubunuzla bağlı bildiririk ki, Göyqurdlar Azarkeş Birliyi olaraq həmin cavab bizdə dərin narazılıq doğurmuşdur. 29.03.2025-ci il tarixli rəsmi müraciətimizdə bildirdiyimiz iradlar və islahat təklifləri uzun illərdir tribuna mədəniyyətinə xidmət edən bir azarkeş hərəkatının səsi idi. Təəssüf ki, AFFA-nın cavab məktubu bu müraciətə dəyərli töhfə kimi deyil, formal prosedur kimi yanaşmış, xüsusilə də məktubun son bəndində qeyri-ciddi və tənqidi tonda, bizə “ünsiyyət norması” öyrətməyə çalışmaqla açıq şəkildə hörmətsizlik sərgiləmişdir.

Bununla əlaqədar olaraq, Göyqurdlar Azarkeş Birliyi AFFA-nın azarkeşləri təcrid edən, səsi çıxan tərəfləri susdurmağa yönəlmiş siyasətinə etiraz olaraq Azərbaycan milli komandasının oyunlarını boykot etdiyini rəsmi şəkildə bəyan edir.

AFFA-nın mövcud idarəçiliyi azarkeşlərin futbolçularla təmasını bilərəkdən əngəlləyir, azarkeş birliyi ilə dialoqu kəsir, milli komandanı isə özünün şəxsi mülkiyyətinə çevirməyə çalışır. Halbuki, bu komandanın ən çətin günlərində belə tribunaları tərk etməyən, stadionlardan atılsa da bayrağını tək buraxmayan, təzyiqlərə rəğmən geri çəkilməyən azarkeşlər var.

Biz bu qərarı ani emosiyalarla deyil, dərin düşüncə və sarsılmaz prinsiplər əsasında qəbul etmişik. “Sektor 11” ilə yola çıxdığımız 2010-cu ildən bəri tribunada azarkeş olmağın nə demək olduğunu dəfələrlə yaşamışıq. Təzyiqlərlə üzləşmiş, incidilmiş, qaranlığa, bəzən stadionlardan çıxarılmışıq. Amma bir gün belə geri addım atmamışıq. O çətin məğlubiyyətlərdə belə Azərbaycan bayrağını tribunada tək qoymamışıq.

Tribunda 15 illik irsi daşıyan bir birlik olaraq bu, tariximizdə sadəcə ikinci boykot qərarıdır. Və bu qərar təkcə AFFA-ya qarşı deyil — futbolu dəyərlərindən uzaqlaşdıran, azarkeşi prosesdən kənarlaşdıranlara qarşı etirazdır.

Sərxan Hacıyevin rəhbərliyi dövründə azarkeşlərə qurulan əməkdaşlıq münasibətini yüksək qiymətləndirmişdik. Yeni rəhbərlik isə bu dialoqu tamamilə dağıdaraq, futbolçularla bütün görüşlərimizi qadağan etmiş, süni maneələr yaratmağa çalışmış, yeni təyin olunan baş katib isə görüş tələbimizi rədd etmişdir. AFFA artıq korporativ şirkət kimi davranır, halbuki burada maaşlı əməkdaşlardan əlavə cavab verməli olduğunuz bir kütlə var – komandanın sadiq azarkeşləri.

Bundan əlavə, AFFA-nın sifarişi ilə korporativ şirkət tərəfindən hazırlanmış futbol strategiyasının üzərindən yarım il keçməsinə baxmayaraq, onunla bağlı nə real bir addım atılıb, nə də ictimaiyyətə hər hansı məlumat təqdim olunub. Azarkeşlərin təkliflərinə məhəl qoymayan və uğursuz nəticələrin məsuliyyətini daşımaqdan yayınmağa çalışan AFFA rəhbərliyi, indi də bu çətin dönəmdə belə komandanın yanında olmağa çalışan azarkeşləri “arzulonmaz fiqur” kimi təqdim etməyə cəhd göstərir.

Bütün bunların fonunda qeyd etməliyik ki, AFFA rəhbərliyinə, o cümlədən cənab Rövşən Nəcəfə ünvanladığımız rəsmi müraciət rəhbərlik səviyyəsində nəzərə alınmamış və cavab yalnız struktur daxilində nümayəndəlik səviyyəsində verilmişdir. Bu, azarkeşə göstərilən münasibətin və bu müraciətə verilən dəyərin göstəricisidir. Bu, yalnız protokol qaydalarının pozulması deyil, eyni zamanda illərdir tribunada bu komandaya dayaq olan azarkeş birliyinə qarşı açıq şəkildə nümayiş etdirilən laqeydlik və sayğısızlıqdır.

Biz bu yanaşmaları təkcə formallıqdan uzaq davranışlar yox, eyni zamanda futbolun ruhuna və azarkeşin dəyərinə qarşı ciddi zərbə kimi qiymətləndiririk.

Biz futbolçularımızı heç vaxt tək etməmişik, məğlub olsalar belə onları bu torpağın övladları kimi görmüşük. Onlarla sevinmişik, onlarla ağlamışıq. Yeri gələndə onları tənqid edib, dəfələrlə danlamışıq. Ancaq biz onlardan heç vaxt ayrılmamışıq. Bizim bayraq sevgimizi heç bir parıltılı PR aksiyası əvəz edə bilməz. Bayraq sevgisi satıla bilən məhsul deyil.

Bu yanaşma azarkeşi sadəcə müştəri kimi görən düşüncə tərzinin nəticəsidir. AFFA anlamalıdır: futbol və bayraq sevgisi protokol yox, ruhla yaşayır. Və o ruh illərdir tribunada 11-ci sektorda döyünürdü.

Boykot qərarımızın səbəbləri aşağıdakılardır:

• AFFA rəhbərliyinin azarkeşlə futbolçular arasında münasibətləri məqsədli şəkildə bloklaması və bu əlaqəyə inzibati baryerlər qoyması;

• AFFA rəhbərliyinin azarkeşlərlə dialoqa qapalı yanaşması;

• Baş katiblə görüşümüzün rədd olunması;

• Azarkeşin rəsmi təkliflərinə konkret cavab verilməməsi;

• AFFA-nın müraciətlərimizə bağlı konkret tədbirlər həyata keçirməməsi;

• Hazırlanan futbol strategiyası ilə bağlı heç bir real nəticənin və ictimai hesabatın olmaması;

• AFFA rəhbərliyinə, o cümlədən Rövşən Nəcəfə ünvanladığımız müraciətin, rəhbərlik səviyyəsində nəzərə alınmaması.

Bu səbəblərlə aşağıdakı tələbləri irəli sürürük:

1. Azarkeş-futbolçu bağının bərpası üçün görüşlərin və açıq tədbirlərin təşkilinə yenidən başlanılsın;

2. AFFA rəhbərliyi azarkeş birliyimizlə açıq və şəffaf dialoqa çıxsın;

3. Futbol idarəçiliyinə ictimai nəzarət mexanizmi tətbiq edilsin;

4. Futbolun ruhuna uyğun, hesabatlı və azarkeşə açıq idarəetmə modelinə keçid baş versin.

Biz stadionu hər zaman evimiz bilmişik. Siz isə bu gün məcbur getdiyiniz o stadionlara sabah yolunuzu belə salmayacaqsınız. Amma biz, 11-ci sektorun sakinləri, zamanı gələndə yenə yerimizdə olacağıq.

Hörmətlə,
Göyqurdlar Azarkeş Birliyi
Qurultay".

U-17 və U-19 millilərimizin rəqibləri məlum olub UEFA-nın dəstəyi ilə Bakıda məşqçi kursları keçiriləcək "Neftçi"nin sabiq futbolçusu: "Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır" Misli Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub AFFA U-13 Qızlar Liqasının qalibləri mükafatlandırılıblar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see154

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see133

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see127

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri