Icma.az
close
up
RU
AFFA rəsmisi: COP29dan sonra Azərbaycanın daha nüfuzlu idman yarışlarına ev sahibliyi edəcəyinə inanıram İdman və Biz

AFFA rəsmisi: COP29dan sonra Azərbaycanın daha nüfuzlu idman yarışlarına ev sahibliyi edəcəyinə inanıram İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Azərbaycan əvvəlki illərdə də FIFA-nın və UEFA-nın bayrağı altında keçirilən əhəmiyyətli yarışlara ev sahibliyi edib. COP29-dan sonra isə ölkəmizin daha nüfuzlu yarışları qəbul edəcəyinə və bu cür turnirlərin sayında artım olacağına inanıram”.

İdman.biz xəbər verir ki, bu sözləri AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov dünyanın məşhur futbol adamlarının COP29-la bağlı Azərbaycana səfərlərinin ölkə idmanına verə biləcəyi töhfələr barədə danışarkən deyib.

O bildirib ki, bu cür tanınmış şəxslərin Azərbaycana gəlişi ölkəmizin beynəlxalq idman arenasındakı nüfuzunu daha da artıracaq: “Bu, futbolun daha da populyarlaşmasına, kiçikyaşlı uşaqların bu idman növünə maraq göstərməsinə, eləcə də bu sahəyə yatırımların olmasına kömək edəcək. Amma təkcə onların buraya gəlməsi ilə kifayətlənmək olmaz. Bu yolda biz özümüz də çalışmalıyıq”.

Kərimov Prezident İlham Əliyevin FIFA prezidenti Canni İnfantino ilə görüşünə də toxunub. Xatırladıb ki, görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.

“Artıq beynəlxalq turnirlərdəki uğurlu təşkilatçılığımızı hər kəsə sübut etmişik”, - deyə o əlavə edib.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantinodan başqa, dünya futbolunun braziliyalı canlı əfsanəsi Ronaldinyo da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycana səfər edib(AZƏRTAC).

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see142

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see135

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see134

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see132

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see127

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see127

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see126

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see126

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see120

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see118

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see117

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see117

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see114

Bu da Hüsniyyənin heç yerdə görmədiyiniz oğlu VİDEO FOTO

05 Sentyabr 2025 22:58see114

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri