Icma.az
close
up
RU
AFFA rəsmisi: Kopenhagendəki seminar yüksək səviyyədə təşkil olunmuşdu

AFFA rəsmisi: Kopenhagendəki seminar yüksək səviyyədə təşkil olunmuşdu

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"UEFA-nın təşkilatçılığı ilə Danimarkanın paytaxtı Kopenhagendə 55 üzv futbol federasiyasının sosial və ətraf mühit dayanıqlığı üzrə məsul şəxslərinin iştirakı ilə "Futbolda Uşaq Hüquqlarının Qorunması" mövzusunda seminar yüksək səviyyədə təşkil olunub".

Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva deyib.

"Seminar yüksək səviyyədə təşkil olunması, peşəkar strukturlaşdırılması və çoxşaxəli müzakirə mühitinin təmin edilməsi ilə fərqləndi. Tədbir müxtəlif ölkələri təmsil edən futbolda sosial məsuliyyət üzrə mütəxəssislərinin bir araya gəlməsinə şərait yaradan beynəlxalq platforma kimi futbol mühitində uşaq hüquqlarının müdafiəsi istiqamətində aparılan işlərin qlobal miqyasda koordinasiyasına mühüm töhfə verdi. Seminarın əsas məqsədi idmanda, xüsusilə də futbol sahəsində, uşaqların təhlükəsizliyinin təmin edilməsi və onların hüquqlarının müdafiəsinə dair beynəlxalq təcrübənin təqdim olunması, qarşıya çıxan risklərin azaldılması istiqamətində metodoloji yanaşmaların müzakirəsi və praktik tövsiyələrin formalaşdırılması idi".

O, aparılan müzakirələrdən də danışıb:

"Müzakirələr zamanı uşaq müdafiəsi standartlarının təkmilləşdirilməsi, maarifləndirmə mexanizmlərinin gücləndirilməsi, erkən müdaxilə prosedurlarının tətbiqi və federasiyaların məsuliyyət çərçivələrinin müəyyənləşdirilməsi kimi fundamental məsələlər əhatəli şəkildə təqdim olundu. Bununla yanaşı, seminar iştirakçılar arasında qarşılıqlı əməkdaşlığın təşviqi və birgə fəaliyyətlərin qurulması baxımından da əhəmiyyətli rol oynadı. Həm nəzəri biliklərin genişləndirilməsi, həm də praktiki təcrübə mübadiləsinin həyata keçirilməsi seminarın ümumi səmərəliliyini daha da artırdı. Tədbirdə əldə etdiyim bilik və müşahidələr əsasında gələcək fəaliyyət istiqamətlərimizin daha sistemli və məqsədyönlü şəkildə formalaşdırılmasına müsbət töfhə verəcək".

K.Mustafayeva layihənin prioritetlərini də açıqlayıb:

"İlk mərhələdə təşkilat daxilində uşaq hüquqlarının qorunmasına dair mövcud prosedurların təhlil edilməsi və beynəlxalq standartlara uyğun olaraq yenilənməsi planlaşdırılır. Eyni zamanda komandalar, akademiyalar, məşqçilər, inzibati heyət və digər müvafiq futbol ailəsi üçün uşaq müdafiəsi üzrə mütəmadi təlim proqramlarının hazırlanması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Nəticə etibarilə, seminar çərçivəsində formalaşan tövsiyələr və beynəlxalq təcrübələr gələcək strategiyamızın həyata keçirilməsində əsas istinad mənbələrindən biri olacaq və futbol mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş fəaliyyətlərin davamlı inkişafına mühüm stimul verəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Noyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri