Azərbaycanın neft bazarının həftəlik icmalı
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu həftə (23-27 noyabr) Azeri Light (CIF), Azeri Light (FOB Ceyhan), Urals və Dated Brent markalı neftin orta qiymətləri artıb.
Hesablamalara görə, Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasil olunan Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,99 dollar və ya 1 faiz artaraq bir barel üçün 99,09 dollar təşkil edib.
Həftə ərzində bu markalı neftin maksimal qiyməti bir barel üçün 102,77 dollar, minimal qiyməti isə 94,81 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 94,36 dollar təşkil edib. Bu, əvvəlki həftənin göstəricisi ilə müqayisədə 0,48 dollar və ya 0,5 faiz çoxdur. Həftə ərzində maksimal qiymət 98,01 dollar, minimal qiymət isə 90,11 dollar olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,55 dollar və ya 0,8 faiz artaraq bir barel üçün 68,88 dollara çatıb. Həftə ərzində bu markalı neftin maksimal qiyməti 72,68 dollar, minimal qiyməti isə 64,85 dollar təşkil edib.
Dated Brent markalı neftin orta qiyməti də 1,65 dollar və ya 1,8 faiz artaraq bir barel üçün 94,13 dollar olub. Həftə ərzində maksimal qiymət 99,09 dollar, minimal qiymət isə 88,74 dollar təşkil edib. /Trend
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















