Icma.az
close
up
RU
AFFAda iclas, yoxsa “Qış nağılı”

AFFAda iclas, yoxsa “Qış nağılı”

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mübarək iclas baş tutdu. AFFA İcraiyyə Komitəsinin "Yeni il şənliyi"ni nəzərdə tuturam. Yığışdılar, baxışdılar, danışdılar, dağılışdılar. Bəs AZAL-ın məşhur rəhbərinin təbirincə desək, "nə verdi baş"?

İclasın yekunu barədə yayılan məlumat 2025-ci ilin futbolumuz üçün dönüş nöqtəsi olacağını göstərir. Məsələn, ilin sonunda 9 aydı gəzdirilən inkişaf strategiyasının təqdim ediləcəyini dilə gətirən icraçı vitse-prezident Sərxan Hacıyevin dedikləri hava şarı kimi partladı. "Bəyin oğurlanması"nda deyildiyi kimi: "Sən söhbətini elə".

Gəldik çatdıq Fernandu Santuşun rəhbərliyi altında Millətlər Liqasındakı rəzalətə. İlahi, əvvəllər "yağmasa da, guruldayan" İcrakom üzvlərindən bəziləri hər hansısa bir uğursuzluqdan sonra baş məşqçiyə etiraz edər, narazılığını dilə gətirərdi. İndiki halda isə… Sitat: "Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun komandamızın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millimizin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb".

Ağaşı liqaya düşən millinin baş məşqçisinə bir nəfər də olsun deməyib ki, ay, qonaq, min təyyaryə, get, gəldiyin yerə? Santuşun təyinatı zamanı namizədliyinin guya müzakirə edildiyini və birgə qərar verildiyini deyən Sərxan Hacıyev indi millinin fiaskosuna görə hansısa məsuliyyətə cəlb olunacaqmı? Diqqət yetirin, 70 yaşlı baş məşqçi gözləntiləri barədə danışıb. Bu, bilirsiz nəyə bənzəyir? Kiminsə yubiley məclisində yaxınları babat vurandan sonra səbəbkara söz verilir. O da ağzı masaya dəyə-dəyə "dostlarım sağ olsun, onlardan gözləntilərim çox olub, olacaq da" deyərək, növbəti badəni boşaldır.

A kişi, nə gözlənti? Gözləntini gördük e! Millətlər liqası yaranandan bəri heç vaxt qrup sonuncusu olmayan komandamıza bunu Rövşən Nəcəfin şəxsən seçdiyi və hələ də qoruduğu Santuş yaşatdı. Şəxsən mənə görə, dünənki iclasın boşa verilməsinə görə, heç bir İK üzvü yaxasını kənara çəkə bilməz! Kimsə bu tragikomediyaya etiraz edibsə, icyimaiyyətə açıqlama verməlidi. Əksə halda, hər bir İK üzvü bu rəzalətin pay sahibi hesab olunacaq.

Və sonda. İcraiyyə Komitəsinin iclasları açıq formatda keçirilməlidi. Bax, onda kimin hansı havanı ifa etdiyi aşkar görünəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri