Icma.az
close
up
RU
Afiq Fərruxova vəzifə verildi

Afiq Fərruxova vəzifə verildi

Qazax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin edilib.

Pravda.az xəbər verir ki, bu barədə RMX məlumat yayıb.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qazax RMX-yə direktor təyin edilib. Mərkəzin direktoru vəzifəsi Afiq Fərruxova həvalə olunub.

Afiq Fərruxov 1964-cü ildə doğulub. O, 1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.

1991-2024-cü illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib.

2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanimatoloq olaraq çalışıb.

Onu da qeyd edək ki, Afiq Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan RMX-də xidmət göstərib.

seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri