Icma.az
close
up
RU
Afrika ilə ticarətə açılan yeni körpü Fotolar

Afrika ilə ticarətə açılan yeni körpü Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Afrika–Azərbaycan Cooperation (AFAZ) tərəfindən Afrikada biznes imkanları və Efiopiyaya biznes missiyası mövzusunda sahibkarlarla görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Afrikada biznes imkanları və Efiopiyaya biznes missiyası” mövzusunda olan tədbir Afrika–Azerbaijan Cooperation (AFAZ) təşkilatının təşəbbüsü ilə reallaşıb və Bakı KOB Evində baş tutub. 

Görüşdə müxtəlif sahələri təmsil edən Azərbaycan sahibkarları, logistika və hüquq mütəxəssisləri, eləcə də ixrac–idxal əməliyyatları ilə məşğul olan şirkət nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi Afrika bazarlarına, xüsusilə Efiopiya istiqamətinə çıxış imkanlarını, hüquqi və logistika mexanizmlərini sahibkarlarla bölüşmək olub.

Açılış nitqini Afrika–Azerbaijan Cooperation (AFAZ) təşkilatının təsisçisi və rəhbəri Rəna Qəfərova edib. O, təşkilatın fəaliyyəti, strateji məqsədləri və Afrika qitəsi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Rəna Qəfərova qeyd edib ki, AFAZ-ın əsas məqsədi Azərbaycan ilə Afrika ölkələri arasında ticarət dövriyyəsini artırmaq, qarşılıqlı investisiya axınını gücləndirmək və ixracatçılar üçün yeni bazarlar açmaqdır.

Daha sonra Efiopiya səfəri üzrə koordinator Əşrəf Şıxəliyev çıxış edərək planlaşdırılan Efiopiyaya ixrac–idxal biznes missiyasının proqramı, görüşlər və sənaye zonaları üzrə əməkdaşlıq perspektivləri haqqında ətraflı təqdimat edib.

Hüquq üzrə ekspert Kamala Məmmədova Efiopiyada biznes fəaliyyətinin hüquqi çərçivəsi, müqavilə bağlanması qaydaları, şirkətlərin qeydiyyat prosedurları və yerli qanunvericiliyin tələbləri barədə iştirakçılara məlumat verib.

Logistika bölməsində isə U.F.E. Shipping şirkətinin CEO-su və Azərbaycan Nəqliyyat Ekspeditorları (Loqistika) Şirkətlərinin Assosiyasiyası idarə heyətinin üzvü Elmir Poladov çıxış edərək, Efiopiya ilə ticarətdə logistika və daşımalarla bağlı praktiki nüansları, marşrut xərcləri və nəqliyyat infrastrukturunun imkanlarını diqqətə çatdırıb.

Tədbirin sonunda sahibkarlarla müzakirə və sual-cavab sessiyası keçirilib, iştirakçılar qarşılıqlı əməkdaşlıq və birgə layihə ideyaları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Afrika–Azerbaijan Cooperation (AFAZ) təşkilatı 2023-cü ilin may ayında təsis olunub və Afrika ilə Azərbaycan arasında iqtisadi, ticarət, mədəni və sosial əlaqələrin inkişafını dəstəkləyir.

Təşkilatın məqsədi Azərbaycan məhsullarının Afrika bazarlarında tanıdılması, Afrika ölkələrində investisiya və istehsal layihələrinin təşviqi, həmçinin sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasıdır.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri