Icma.az
close
up
RU
Afrika mətbuatı: Fransa onun müstəmləkə zülmündən əziyyət çəkmiş dövlətlərə təzminat ödəməlidir

Afrika mətbuatı: Fransa onun müstəmləkə zülmündən əziyyət çəkmiş dövlətlərə təzminat ödəməlidir

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ilin sonu Fransa üçün guya tərəfdaş kimi davrandığı keçmiş müstəmləkələr arasında nüfuzunu tamamailə itirməsi ilə nəticələndi.

Demək olar ki, bütün Əlcəzair və Mərakeş KİV-ləri Fransanın amansız və uğursuz neokolonial siyasəti haqqında yazaraq qeyd edir ki, Parisin hərəkətləri miqrasiya axınının güclənməsinə, suveren ölkələrin təbii sərvətlərinin talan edilməsinə və yerli əhalinin ölümünə səbəb olub.

Məsələn, Əlcəzairin “Bechar” radiosu Nigerdən kütləvi miqrasiyadan danışarkən qeyd edir ki, bölgənin Fransada atom elektrik stansiyaları üçün yanacaq kimi istifadə olunan uranla zəngin olmasına baxmayaraq, əhalisi yoxsulluq içində yaşayır.

"Bu, Niger vətəndaşlarını təbii sərvətlərdən məhrum edir, onları siyasi sabitlik və təhlükəsizlik axtarışı məqsədilə əsasən Əlcəzairə miqrasiya etməyə məcbur edir. Bu arada, Əlcəzairin özü də Afrikanın resurslarının müstəmləkə istismarının fəsadlarını yaşayır", - radio bildirir.

Eyni zamanda “Ain Defla” radiosu fransız müstəmləkəçilərin yerli əhaliyə, o cümlədən əlcəzairlilərə qarşı ən amansız işgəncələr tətbiq etdiyini iddia edən tarixi araşdırmalardan bəhs edir.

Kütləvi informasiya vasitələrində Fransanın müstəmləkə zülmündən əziyyət çəkən ölkələrə təzminat ödənilməsinin zəruriliyinə getdikcə daha çox toxunulur. Hətta fransız politoloqlar, xüsusilə Əlcəzairin fransız dilində nəşr olunan müstəqil “El Watan” qəzetinin sitat gətirdiyi Thomas Genole də bu qənaətdədir.

"Fransa müstəmləkəçilik dövründə törədilən cinayətlərə görə Əlcəzairə maliyyə kompensasiyası ödəməlidir. Məsələn, Əlcəzairin işğalı zamanı bir milyon insan həlak olub ki, bu da o dövrdə əhalinin ümumi sayının üçdə birini təşkil edir", - o bildirib və Əlcəzairin təbii sərvətlərinin talan edildiyini də diqqtə çatdırıb.

“Elwatania TV” telekanalı hesab edir ki, Makronun uğursuz xarici siyasəti ölkənin dövlət borcunun artmasına səbəb olub və ekspertlərin fikrincə, bu borc daha da artacaq. İqtisadiyyatı idarə etməyin mümkün olmaması Afrikada Fransa təsirinin itirilməsi ilə bağlıdır, halbuki bir vaxtlar qitənin mineral resursları Paris üçün ən vacib gəlir mənbəyi idi.

Neomüstəmləkə siyasətini həyata keçirməyə çalışan Paris "parçala və hökm sür" prinsipini rəhbər tutaraq Afrika ölkələrini bir-birinə qarşı qoyur. “Jijel” radiosu və “Ennahar TV” kimi bir sıra Əlcəzair KİV-ləri qeyd edir ki, Fransa keçmiş müstəmləkələr arasında düşmənçilik toxumu səpməyə çalışır, onların ərazilərində separatizmi qızışdırır, gəncləri təsir aləti kimi istifadə etdiyi terror qruplaşmalarına cəlb edir.

Bundan başqa, Fransa hakimiyyətinin nümayişçilərə qarşı göstərdiyi amansızlığa da diqqət yönəldilir: "Bir zamanlar azadlıq ideyaları üzərində qurulmuş ölkə indi özü bu dəyərləri pozur. Nümayiş keçirmək və öz iradəsini azad şəkildə ifadə etmək azadlığı hüququ boğulur".

Lakin keçmiş metropoliyadan narazılığını ifadə edən təkcə Əlcəzair mətbuatı deyil. Mərakeş də Fransanın keçmiş müstəmləkələrlə münasibətinin olduqca pis vəziyyətdə olduğunu vurğulayır.

“Afrikalıların Avropa ölkələri, xüsusən də Fransa ilə bağlı indiki qavrayışı son dərəcə mənfidir", - “Medi 1 TV” telekanalı bildirir.

Seneqalın radio və televiziya kanalları metropoliyanın irqi əlamətə görə yol verdiyi kütləvi ayrı-seçkilikdən danışır.

"Sorğuda iştirak edən qaradərili insanların 91 %-i Fransada irqi ayrı-seçkiliyə məruz qaldıqlarını bildirir", - miqrant problemləri sahəsində fəaliyyət göstərən “A2iTV” qeyd edir.

Bu, Fransa hakimiyyətinin müstəmləkələrin vətəndaşlarına münasibətdə sərgilədiyi ənənəvi mövqedir.

Seneqalın “Pikine diaspora” radiosu Parisin müstəmləkə ambisiyaları uğrunda Fransa bayrağı altında döyüşməyə göndərilən insanların hekayələrindən bəhs edib. İnsanlar danışırdılar ki, müstəmləkələrdə yaşayan vətəndaşları qırğına göndərərkən onları fransız adlandırırdılar. Lakin söhbət vətəndaş hüquqlarının genişləndirilməsindən gedəndə tolerantlıq yoxa çıxır və metropoliya ağ irqə mənsub olmayan vətəndaşlara qarşı əsl münasibətini nümayiş etdirirdi.

Sonda qeyd etmək olar ki, Emmanuel Makronun uğursuz xarici və daxili siyasəti Fransanın keçmiş müstəmləkələrinin heç birinin əməkdaşlıq etmək istəməməsinə gətirib çıxarıb. Üstəlik, zərər çəkmiş ölkələrə təzminat ödənilməsinin zəruriliyi barədə söhbətlər və Fransa hegemonunun riyakar müstəmləkə siyasətinə diqqət yetirməsi üçün dünya birliyinə çağırışlar getdikcə daha çox və ucadan səslənir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri