Icma.az
close
up
RU
Afrika Moskvanın texniki təklifini niyə qəbul etmir?

Afrika Moskvanın texniki təklifini niyə qəbul etmir?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya ilə Afrika ölkələri arasında əməkdaşlıq son illər artan dinamika ilə inkişaf etsə də, bəzi hallarda Moskvanın iqtisadi və texnoloji təklifləri soyuq qarşılanır.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq Efiopiya Hava Yolları Rusiya ilə təyyarə icarəsi və texniki xidmət üzrə əməkdaşlıq imkanlarını rədd edib.

Bəs bu rədd cavabı nə ilə bağlıdır? Rusiya-Afrika münasibətlərində nə dəyişir?

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva  bildirib ki, bu, təkcə texniki və ya kommersiya qərarı deyil, həm də diplomatik və geosiyasi siqnaldır. Efiopiya bu addımı ilə Rusiya ilə əməkdaşlıqda tam sərbəst olmadığını, ehtiyatlı və balanslı mövqe tutduğunu göstərdi. Burada həm qərb təsiri, həm də texnoloji etimadsızlıq amilləri mühüm rol oynayır.

Politoloq qeyd edib ki, Rusiya bu kimi rədd cavablarından sonra Afrika strategiyasını dəyişməyə məcbur qalacaq. Onun sözlərinə görə, Moskva illərdir hərbi-siyasi təmaslarla bölgədə nüfuz qazanmağa çalışır, lakin iqtisadi və texnoloji əməkdaşlıq sahəsində effektiv model formalaşdıra bilməyib. Müsahibimizə görə, rədd cavabları göstərir ki, Afrika yalnız silah və hərbi təlimlə maraqlanmır, etibarlı texnologiya və real investisiya istəyir. Rusiya isə bu sahədə Qərblə rəqabət aparmaq üçün çevik mexanizmlər qurmalıdır.

Z.Qarayeva hesab edir ki, əməkdaşlıq baş tutsaydı, Rusiya üçün böyük uğur olardı:

“Bu, onun Afrika bazarına texniki-infrastruktur sahəsində ilk real girişlərindən biri ola bilərdi. Efiopiya da təyyarə parkını diversifikasiya edə bilərdi. Amma bunun mənfi tərəfləri də var idi - məsələn, Qərb tərəfindən sanksiya riski, texniki xidmətin dayanıqlılığı ilə bağlı suallar və reputasiya zədəsi”.

Züriyə Qarayeva:  Qərb Afrikada “Rusiya ilə yaxınlaşma xətti”ni təqib edənlərə qarşı təsir vasitələrindən istifadə edir

Həmsöhbətimiz vurğulayıb ki, Afrika ölkələrinin Rusiyadan çəkinməsinin arxasında Qərblə münasibətlər dayanması birmənalıdır. Dediyinə görə, Afrika ölkələrinin əksəriyyəti Qərb kreditləri, inkişaf yardımları və texniki proqramlardan asılıdır:

“Belə olan halda onlar Rusiya ilə dərin əməkdaşlığa gedərkən siyasi və iqtisadi riskləri nəzərə alır. Eyni zamanda, Qərb ölkələri Afrikada “Rusiya ilə yaxınlaşma xətti”ni təqib edənlərə qarşı təsir vasitələrindən istifadə edir. Ona görə də ölkələr maksimum ehtiyatlı davranırlar”.

Qarayeva bildirib ki, bu vəziyyətun Rusiyanın Afrika siyasətinə verdiyi açıq mesaj budur: hərbi və təhlükəsizlik sahələrindən kənara çıxmaq istəyirsənsə, etibarlı, şəffaf və uzunmüddətli iqtisadi əməkdaşlıq modeli təqdim etməlisən. Afrika artıq “retorika və simvolik jestlərlə” razılaşmır. Yalnız real dəyər təklif edən tərəflərlə işləməyə maraq göstərir.

Zülfü Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Avqust 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri