Icma.az
close
up
RU
İrəvan Moskvanın vasitəçiliyini qəbul etmir

İrəvan Moskvanın vasitəçiliyini qəbul etmir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qaluzinin və Peskovun fikirlərində oxşarlıq

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması, əslində, Xarici işlər nazirinin müavini Mixail Qaluzinin bir neçə gün əvvəl “İsvestiya”ya müsahibəsində bildirdiklərinin bir növ təkrarıdır. O mənada ki, Qaluzin vasitəçilikdən danışmışdı, Peskov da ondan söz açır. Birinci Azərbaycan və Ermənistan arasında Qərb vasitəçiliyini, ikinci Rusiyanın Bakı – İrəvan normallaşmasına dəstəyini qabardır. Daha dəqiq desək, Qaluzin Qərbin təşəbbüsünün ziyanlı ola biləcəyini diqqətə çatdırmışdı, Peskov isə ölkəsinin vasitəçiliyə hazır olmasını vurğulayır. Ancaq bu iki şəxsin bildirdiklərində bir oxşarlıq var. 

Bəli, Rusiya XİN rəhbərinin müavini Qərb vasitəçiliyini, bir növ, süngü ilə qarşılamışdı, hətta bildirmişdi ki, Bakı ilə İrəvan arasında tələm-tələsik imzalanacaq sülh müqaviləsi regionun gələcəyi altına  qoyulmuş bombadır. Prezidentin mətbuat katibi isə Ermənistan parlamentinin spikeri Alen Simonyanın fikirlərinə münasibət bildirərkən deyib: “İrəvandan müxtəlif səviyyələrdə bəyanatlar verilib ki, vasitəçilərə ehtiyac yoxdur, İrəvan və Bakı bu prosesi özləri başa çatdırmağa qadirdirlər. Əlimizdən gələn hər cür yardımı göstərməyə hazır olsaq da, onların səylərini alqışlayırıq. Əsas odur ki, region – Cənubi Qafqaz proqnozlaşdırıla bilən, sülhsevər qalsın, tərəqqi və əməkdaşlıq məkanına çevrilsin”. 

Qeyd edək ki, A.Simonyan ölkəsinin Azərbaycan – Ermənistan münasibətlərinin  nizamlamasında Rusiyanın vasitəçiliyinə imkan verilməyəcəyini açıqlayıb. Peskov tərəflərin anlaşması nəticəsində Cənubi Qafqazın proqnozlaşdırıla bilən məkana çevrilməsinin vacibliyindən söz açıb və dolayısı ilə onların müstəqil səylərinin belə bir durumu yaratmaq üçün yetərsizliyinə də diqqət yönəldib. Başqa sözlə desək, “Rusiyasız sülh mümkünsüzdür” mesajını verib. Qaluzin isə Cənubi Qafqaz üçün, belə demək mümkünsə, bomba perspektivi məntiqi ilə həm sülhün Rusiyasız ola bilməyəcəyini, həm də mövcud istiqamətdəki Qərb vasitəçiliyinin səmərəsizliyini vurğulayıb. 

Azərbaycan bir ildən çoxdur bəyan edib ki, Bakı – İrəvan münasibətlərində vasitəçilərə ehtiyac yoxdur. Ermənistan rəsmiləri bunu açıq şəkildə bildirməsələr də, aydındır ki, onlar Rusiyanın prosesdə yer almasını istəmirlər. Ancaq indi Simonyanın fikirləri İrəvan üçün Kremlin vasitəçiliyindən tamamilə imtina edilməsinə işarədir. Əlbəttə, bu, hələ o demək deyil ki, erməni hakim komandası Qərbin vasitəçiliyindən də üz döndərəcək. 

Qeyd edək ki, M.Qaluzin müsahibəsində Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin birgə işçi qrupunun fəaliyyətindən, o cümlədən İrəvanın həmin qrupun işini pozmasından söz açmışdı. Simonyanın dilə gətirdikləri bu platformanın da sıradan çıxması anlamına gəlir. Deməli, artıq Rusiya nə sülh sazişi, nə sərhədlər üzrə, nə də kommunikasiyaların açılması danışıqlarında iştirakçıdır. 

Əlbəttə, Rusiya məsələnin belə qoyuluşu ilə razılaşmayacaq. D.Peskovun açıqlaması zahirən durumla barışılması təsiri bağışlasa da, əslində, Kremlin rahat dayanmayacağını ehtimal etmək mümkündür. Rusiyanın Ermənistanla münasibətləri yaxşı deyil, Azərbaycanla pisləşib, Gürcüstanla problemlər var. Belə bir durumda ölkənin Cənubi Qafqazdan yapışmaq üçün hansısa rıçaqı yoxmuş kimi görünür. Məsələyə mövcud kontekstdən yanaşsaq, Rusiya Prezidentinin mətbuat katibinin “biz normallaşmaya hər cür dəstək verməyə hazırıq” kəlməsindənsə, “tərəflərin müstəqil işləmək istədiklərinə hörmətlə yanaşırıq” fikri daha rasional səslənir. Təbii ki, əgər Moskva rasionallığı qorusa, onu siyasət praqmatizmi baxımından dəyərləndirsə.

Bəs Rusiyanın Azərbaycan – Ermənistan münasibətlərinə qarışmaq, Cənubi Qafqazda söz sahibi olduğunu göstərmək üçün ata biləcəyi hansısa addımlar varmı? Daha doğrusu, ölkə belə bir təsir gücünə malikdirmi? Axı Qaluzinin və Peskovun sözlərindən bu qənaətə gəlmək mümkündür ki, Moskva, necə deyərlər, müqəddəs yerin boş qalmasının yolverilməzliyini anlayır. Əlbəttə, Kreml arxayın ola bilər ki, Azərbaycan regionu əməkdaşlıq məkanına çevirəcək, yəni boşluğun avantürizmlə doldurulmasına, eləcə də bölgənin Qərbin plasdarmına çevrilməsinə imkan verməyəcək. Amma Rusiya bu ehtimallarla kifayətlənəcəkmi?

İnanmırıq ki, kifayətlənsin. Rusiya Qərbin Ermənistanı regional alət kimi istifadəsinə ümid bəsləyəcək. Hərçənd, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə Qərbin də Cənubi Qafqaz planlarında dəyişikliyə gedəcəyi, erməni avantürizminə siyasi sərmayə yatırmaq istəklərinin iflasa uğrayacağı aşkardır. Fransa isə İrəvan üçün təkbaşına təəssübkeşlik baxımından çox zəifdir. Hərçənd, bu zəiflik hələ heç nə demək deyil. Çünki İrəvan regional sülh baxımından “Dünyanın kəsişməsi” təşəbbüsünü rəhbər tutduğunu açıqlayır və nəyəsə ümid bəsləyir. 

Azərbaycan “Dünyanın kəsişməsi”nə razı deyil və özünün Zəngəzur dəhlizi gündəmində israrlıdır. Belə bir durumda Cənubi Qafqazda gərginlik ehtimalı artır. Nəzərə alaq ki, bölgədə Moskvanın “əlavə qıcıqlandırıcılar” adlandırdığı Avropa İttifaqının tərkibi alman polislərindən və fransız jandarmlarından ibarət mülki müşahidə missiyası var. O missiya ki, onun NATO təsisatına çevrilməsi barədə fikirlər aktuallaşır. NATO-nun adının çəkildiyi istənilən ərazi isə Rusiya tərəfindən qanuni hədəf qismində qiymətləndirilir. Deməli, hazırda Moskvanın ümid bəsləyəcəyi bir durum var ki, o da regionda gərginliyin yüksəlməsidir. 

Əlbəttə, Rusiya Cənubi Qafqazdakı mövcudluğunu leqallaşdırmaq baxımından başqa vasitələr də axtara bilər. Yəni, ölkənin hansısa vəziyyəti əsas götürüb regionla əlaqəsinin olduğunu ön plana çəkməsi və hərəkətə keçməsi mümkündür. Axı onun üçün müxtəlif bəhanələr tapmaq elə də asan iş deyil. Hətta, illər ərzində ölkə bütün rıçaqlarını və bəhanələrini xərcləsə də. Nəzərə alaq ki, tam mümkünsüzlük şəraitində Moskvanın yeganə çıxış yolu var. Ermənistan iqtidarını devirmək. Ermənistanda ruspərəstlərin mövqeləri əvvəlki illərdəkindən xeyli zəif olsa da, Kreml dairələrinin nələrisə, o cümlədən siyasi terroru düşünmələri mümkündür. 

R.ƏVƏZ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri