NYT: “ABŞ Moskvanın təklifini qəbul edə bilər”
Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times” nəşri belə məlumat yayıb.
“Cenevrə danışıqlarında “demilitarizasiya zonasında” (Donetsk vilayətinin işğal olunmamış hissəsində) mülki administrasiyanın yaradılması barədə müzakirələr aparılıb. Bu administrasiyaya həm Rusiya, həm də Ukraynadan nümayəndələrin daxil olması gözlənilir”, -qəzet yazır.
Ukrayna bunu rəsmi olaraq təsdiqləməyib. Prezident Volodimir Zelenski isə bütün Donetsk bölgəsinin Rusiyaya təhvil verilməsi ehtimalını təkzib edib. O, həmçinin növbəti sülh danışıqlarının yenidən İsveçrədə keçiriləcəyini və danışıqların yeri kimi Avropa ölkələrinin seçilməsinin vacibliyini bildirib.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin fikrincə, ABŞ “Amerika biznesinin böyük itkiləri” və irimiqyaslı birgə layihələrdə iştirak ehtimalı səbəbindən Moskvaya qarşı sanksiya siyasətindən imtina edə bilər.
- ABŞ sonda sanksiyaları ləğv edəcək, çünki Rusiyaya qarşı sanksiyalar Amerika şirkətlərinə 300 milyard dollardan çox ziyan vurub. Rusiyaya qarşı sanksiyaların ləğvi Vaşinqtonun maraqlarına uyğundur”, – Kirill Dmitriyev “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, potensial Rusiya–Amerika layihələri portfelinin 14 trilyon dolları keçdiyi təxmin edilir. Dmitriyev əlavə edib ki, mövcud potensial xarici media nəşrlərində açıqlanan rəqəmlərdən xeyli çoxdur.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunmuş məqaləni belə şərh edib. Xatırladaq ki, bu nəşr Rusiyanın sanksiyaların yumşaldılması və ya tamamilə ləğvi müqabilində ABŞ ilə 12 trilyon dollarlıq “razılaşma” təklif etməsi barədə məlumat yayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Afrika Moskvanın texniki təklifini niyə qəbul etmir?
08 Avqust 2025 09:59
ABŞ Moskvanın cavabını təhlil edir
15 Mart 2025 11:22
NYT: “ABŞ problemlə üzləşə bilər”
31 Dekabr 2025 14:02
Lavrov Moskvanın ABŞ ilə danışıqlardan gözləntilərini açıqlayıb
17 Fevral 2025 15:06
Avropa ABŞ sız ittifaq yarada bilər NYT
03 Aprel 2026 09:05
Baxış sayı:157
Bu xəbər 19 Fevral 2026 13:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları