Afrikalı miqrantlar okeanda gəmidə kütləvi qətliam törədiblər: 72 nəfər öldürülüb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Afrikadan olan qanunsuz miqrantlar Kanar adalarına istiqamət almış gəmidə böyük qətliam törədiblər. Onlar 72 nəfəri cadugərlikdə ittiham edərək öldürüblər.
Oxu.Az bu barədə "Daily Mail" qəzetinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, içərisində 320-yə yaxın miqrantın olduğu gəmi İspaniyaya gedərkən torlara ilişib və təxminən bir həftə Atlantik okeanında dreyf edib.
Gənc sərnişinlərdən bəziləri sağ qalmaq üçün başqalarını öldürmək qərarına gəliblər, çünki hamıya su və qida ehtiyatı çatmayıb. Onlar öz aralarında sözləşərək qurbanlarını cadugərlikdə günahlandırıblar.
320 qanunsuz miqrantdan yalnız 248-i Kanar adalarına çatıb. İspaniya polisi araşdırma aparır, qətllərdə şübhəli bilinən 20-dən çox şəxs saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Sentyabr 2025 03:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















