Icma.az
close
up
RU
Aftandil Hacıyev 1:7 hesablı məğlubiyyət şərhi

Aftandil Hacıyev 1:7 hesablı məğlubiyyət şərhi

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb. Lissabonda "Benfika" U-19 komandasına qarşı matçda Azərbaycan təmsilçisi 1:7 hesabı ilə uduzub.

Milli.Az-ın məlumatına görə, "Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyev Portuqaliyadakı qarşılaşma haqda fikirlərini klubun saytına açıqlayıb:

"Oyunu iki fərqli hissəyə bölmək olar. İlk 45 dəqiqədə futbolçularımızda həyəcan daha çox hiss olunurdu. Bu da ilk dəfə belə turnirdə oynamaları ilə bağlı idi. Bu səviyyəli yarışlardakı təcrübədə rəqiblə aramızda fərq hiss olunurdu. Oyuna yaxşı başlaya bilmədik. Öz səhvlərimizdən erkən qollar buraxdıq. Futbolçular start həyəcanını aşa bilmədilər. Fasilədə məşqçilər tərəfindən edilən dəyişikliklər və verilən tapşırıqlar ikinci hissədə özünü göstərdi. Üstünlük yenə rəqibdə olsa da, komandamız daha intizamlı və dəqiq oynamağa çalışdı. "Benfika" böyük hesabla qalib gəlsə də, ikinci hissəni bərabər bitirə bildik. Düşünürəm ki, futbolçular və məşqçilər bu matçdan çox şey qazandı. Belə təcrübələr onlara müsbət təsir edə bilər. Bu səviyyəli görüşlər nə qədər çox olsa, gənc oyunçuların inkişafına daha çox təsir edəcək".

Aftandil Hacıyev rəqib barədə də fikirlərini bildirib: "Benfika" haqda geniş məlumat toplamağa çalışdıq. Portuqaliya klubu bu yaş qrupunda üç heyətə malikdir. Onların hansı futbolçulara üstünlük verəcəyi matç saatına qədər bəlli deyildi. İspaniyadakı turnirdən yeni qayıtmışdılar. İki gün əvvəl keçirdikləri çempionat qarşılaşmasını da izləmişdik. Heyətlərində dəyişikliklər də var idi. Daha təcrübəli futbolçuları meydana buraxmışdılar. Onlar Gənclər Liqasına çox ciddi yanaşırlar. "Benfika" bir dəfə qazandığı kuboku yenidən əldə etməyi hədəfləyib, çempionluq üçün mübarizə aparır. Belə rəqiblə qarşılaşma gələcəkdə bizə faydalı olacaq. Klubun akademiyasında gördüklərimiz də bizim üçün yaxşı təcrübə oldu. "Benfika" Avropanın ən yaxşı akademiyalarından birinə malikdir. Akademiyada olan şərait, sistem uzun illərdir qurulub".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri