Ağ Ev CNN in ABŞ İran memorandumu ilə bağlı yaydığı mətni təkzib ETDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq CNN-in ABŞ və İran arasında mümkün anlaşma memorandumu kimi təqdim etdiyi mətnin real sənədin məzmununu əks etdirmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, Çeunq bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Ağ Ev rəsmisi qeyd edib ki, CNN tərəfindən əldə edildiyi iddia olunan memorandum mətni faktiki anlaşma memorandumunun dilinə uyğun deyil.
“CNN tərəfindən əldə edilən Anlaşma Memorandumunun ehtimal olunan mətni faktiki Anlaşma Memorandumunun dilini əks etdirmir”, – deyə Stiven Çeunq bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müzakirələr fonunda sənədin şərtləri və tərəflərin öhdəlikləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:118
Bu xəbər 17 İyun 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















