Icma.az
close
up
RU
Ağ Ev o xəbəri təkzib etdi

Ağ Ev o xəbəri təkzib etdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskidən Moskva və Sankt-Peterburqa hücum etməsini istəməsi ilə bağlı iddiaları rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlama verib.

O, “Financial Times”ın iddiasına zidd olaraq, ABŞ Prezidenti Donald Trampın Zelenski ilə söhbətində Moskva və Sankt-Peterburqa hücumlara çağırış etmədiyini bildirib.

“Financial Times”, izləyicilərini artırmaq üçün sözləri kontekstdən çıxarmaqla məşhurlaşan reputasiyaya malikdir. Prezident Tramp sadəcə bir sual verdi; o, növbəti qətlləri təşviq etmədi”, - Livit deyib.

Mətbuat katibi həmçinin bəyan edib ki, Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün yorulmadan çalışır.

Xatırladaq ki, nəşr daha əvvəl ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə 4 iyul tarixli telefon danışığı zamanı Ukraynanın Moskvaya zərbə endirib-endirə bilməyəcəyini soruşduğunu yazıb.

Qeyd edilib ki, Söhbət zamanı ABŞ lideri yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa təzyiqin artırılmasının vacibliyini ifadə edib: “Volodimir, Moskvaya zərbə endirə bilərsən? Sankt-Peterburqa da?”

Zelenski Trampın sualına cavab olaraq bildirib ki, belə bir əməliyyat yalnız Vaşinqton tərəfindən müvafiq silahların verilməsi halında mümkün ola bilər: “Əlbəttə. Əgər siz bizə silah versəniz, edə bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see347

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see283

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see281

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see272

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see246

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see204

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see197

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see184

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see177

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see177

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see169

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see158

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see158

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see155

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see154

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri