Ağ Evdə texnologiya şirkətlərinin rəhbərləri ilə görüş
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə dünyanın ən böyük texnologiya şirkətlərinin rəhbərləri ilə şam yeməyi təşkil edib. Məlumatı “Anadolu” yayıb.
Toplantıda sənayenin bir çox tanınmış simaları iştirak edib, lakin Trampa yaxınlığı ilə tanınan Tesla və SpaceX sahibi İlon Maskın iştirak etməməsi diqqət çəkib.
Prezident şam yeməyində çıxışında süni intellekt sahəsində irəliləyişlərə diqqət çəkərək, ABŞ-ın bu sahədə Çini qabaqladığını vurğulayıb.
Çıxış edən şirkət rəhbərləri texnologiya sərmayələrinə göstərdiyi dəstəyə və diqqətə görə Trampa təşəkkür edərək, süni intellekt sahəsində yeni layihələrdən də danışıblar.
Tədbirin əvvəlcə bağlı qapılar arxasında keçirilməsi planlaşdırılsa da, nahardan qısa müddət əvvəl mətbuata açıq elan olunub. Bu, jurnalistlərə Trampı texnologiya sənayesi liderləri ilə masa arxasında görməyə imkan verdi.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Sentyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















