Icma.az
close
up
RU
Vyetnam liderinin Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşü

Vyetnam liderinin Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Mayın 8-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfəri çərçivəsində dövləti təmsil edən şirkət və fond rəhbərləri ilə görüş keçirib.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbər şəxsləri, Vyetnamın Sənaye və Ticarət Nazirliyinin təmsilçiləri iştirak ediblər.

Baş katib To Lam ölkəsindəki investisiya mühiti, vergi sistemi, faydalı qazıntıları haqqında geniş məlumat verib. Qeyd olunub ki, sonuncu dəfə Vyetnamın dövlət başçısı 1969-cu ildə Azərbaycanda səfərdə olub.

“Vyetnamın neft və qaz sənayesində çalışan bir çox mütəxəssislər Bakıda ali təhsil alıblar. Azərbaycan ilə əlaqələrin uzaq tarixi olsa da bu gün qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsi zərurəti yaranıb. Azərbaycanın böyük iqtisadi potensialı var və buna görə də Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir. Biz neft və qaz sahəsində əməkdaşlıq edirik. Azərbaycanın SOCAR şirkəti ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ölkələrimiz arasında enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcək”, - deyə To Lam vurğulayıb.

Baş katib nəzərə çatdırıb ki, Azərbaycan ilə alternativ enerji istehsalı sahəsində də əməkdaşlıq etmək niyyəti var: “Vyetnamın coğrafi vəziyyəti - günəş, külək enerji istehsalına imkan verir. Buna görə də Azərbaycanın şirkətləri ekoloji cəhətdən təmiz enerji istehsalı üçün Vyetnama sərmayə yatıra bilərlər. Hazırda Vyetnamın müvafiq dövlət strukturları Azərbaycana sərmayə yatırmaq məsələsini nəzərdən keçirirlər. Qarşılıqlı investisiya yatırımı ölkələrimizin iqtisadi və siyasi əməkdaşlığını gücləndirər”.

To Lam Azərbaycanın Dövlət Neft Fondunun fəaliyyətini təqdir edərək, bu təcrübədən istifadə edəcəklərini də qeyd edib. Nəzərə çatdırılıb ki, Vyetnamda faydalı qazıntılar ilə məşğul olan dövlət şirkətləri ilə yanaşı özəl şirkətlər də var və bu sahəyə sərmayə yatırılmasını istəyən şirkətlər əməkdaşlığa hazırdırlar.

Vyetnamın dövlət başçısı onu da bildirib ki, hazırda ölkəsində geniş islahatlar həyata keçirilir və bu islahatların nəticəsində investisiya mühiti daha da səmərəli olacaq.

Görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkələrimiz arasında qarşılıqlı hörmət, yüksək etimad və möhkəm dostluq əsasında qurulan münasibətlərin siyasi, iqtisadi, ticarət, elmi, texniki və digər sahələrdə yüksələn xətlə inkişaf etdiyi bildirib. Qeyd olunub ki, sağlam təməllər üzərində formalaşan və inkişaf edən əlaqələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın siyasi iradəsi ilə daha da möhkəmlənməkdə, inkişaf etməkdədir.

Zakir İbrahimov dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” QSC-nin fəaliyyəti haqqında da məlumat verərək, QSC-nin qəbul etdiyi inkişaf strategiyasına uyğun olaraq Azərbaycanda uğurlu mədənçilik fəaliyyəti həyata keçirməklə yanaşı, ölkə hüdudlarından kənarda da əməkdaşlıq əlaqələri quraraq, fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. Bu məqsədlə 2022-ci ildən xarici ölkələrdə fəaliyyət istiqamətində aktiv işlərə başlanıldığı qeyd olunub. Bu mənada “AzerGold” QSC-nin zəngin mineral ehtiyatlara malik olan Vyetnam Sosialist Respublikasının müvafiq dövlət qurumları və şirkətləri ilə dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq əlaqələrinin yaradılmasının mümkünlüyü qeyd olunub. Eyni zamanda, texnologiya transferi, mütəxəssis hazırlığı və davamlı inkişaf prinsiplərinə əsaslanan layihələrin icrasında yeni əməkdaşlıq imkanlarının qurula biləcəyi diqqətə çatdırılıb.

Görüş qarşılıqlı müzakirə formatında davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri