Icma.az
close
up
RU
Ağ Evdə üçtərəfli görüş: Tramp Cənubi Qafqazda sülhə zəmin yaradır MÜNASİBƏT BİLDİRİLDİ

Ağ Evdə üçtərəfli görüş: Tramp Cənubi Qafqazda sülhə zəmin yaradır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında mühüm diplomatik görüş keçiriləcək". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Şahidov deyib.

"Cümə günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında vacib görüşlər keçiriləcək. Proqrama əsasən, əvvəlcə Tramp İlham Əliyevi qəbul edəcək, ardınca Ermənistan Baş naziri ilə təkbətək görüş keçiriləcək. Daha sonra hər üç liderin iştirakı ilə üçtərəfli formatda müzakirələr aparılacaq və mətbuata açıqlamalar veriləcək.Siyasi dairələrdə yayılan məlumata görə, görüşün əsas məqsədi Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişə nail olmaqdır. Avqustun 8-də yekun sülh sənədinin imzalanacağı ehtimal olunmasa da, tərəflərin niyyət protokolu və ya sülhə aparan yol xəritəsini təsdiqləməsi gözlənilir",-deyə Şahidov bildirib.

Onun sözlərinə görə görüş çərçivəsində diqqət çəkəcək əsas məsələlərdən biri də Azərbaycanın Abraham razılaşmasına (Abraham Accords) qoşulması ilə bağlı danışıqların aparılmasıdır: "Bu barədə rəsmi açıqlama verilməsə də, Donald Trampa yaxın mənbələrin bildirdiyinə görə, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin İsraillə bu razılaşmaları imzalaması planlaşdırılır.Xatırladaq ki, Azərbaycan ilə İsrail arasında uzun illərdir yaxın strateji və dostluq münasibətləri mövcuddur. Abraham razılaşması isə Tramp administrasiyasının təşəbbüsü ilə ərəb və müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini normallaşdırmasına xidmət edir. Bu sənəd xüsusilə İsrailin təhlükəsizliyini və bölgədə geosiyasi mövqeyini gücləndirməyə yönəlib".

Əhməd Şahidov qeyd edib ki, görüşün məhz avqustun 8-nə təsadüf etməsi də diqqətçəkicidir:“Trampın Putinə verdiyi 10 günlük vaxt həmin gün başa çatır. Elə həmin gün Cənubi Qafqazın iki liderini qəbul etməsi, birmənalı qarşılanmır. Bəzi mütəxəssislər bu addımı Trampın Putinə siyasi jesti, hətta mesajı kimi qiymətləndirir. Görünən odur ki, Tramp qısa müddət ərzində bölgədə sülh yaratmaq niyyətindədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri