Icma.az
close
up
RU
Rusiya Cənubi Qafqazdan çıxarılır MÜNASİBƏT BİLDİRİLDİ

Rusiya Cənubi Qafqazdan çıxarılır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan 30 illik işğaldan azad oldu. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən — 2003-cü ildən — qarşısına qoyduğu məqsədə addım-addım, israrla irəlilədi, güclü ordu yaratdı, güclü iqtisadiyyat qurdu və nəticədə Azərbaycan işğal altında olan torpaqlarını yağı düşməndən azad etdi, suverenliyini bərpa etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, qalib ölkə olaraq Azərbaycan məğlub ölkəyə sülh sazişinin şərtlərini irəli sürdü. Nəhayət, həmin sülh sazişi — müqavilə — 8 avqust tarixində paraflandı: "Bu, doğrudan da çox böyük bir hadisə idi. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan torpağı geri qaytarıldı.

Bu mənada Azərbaycan Prezidentinin titanik fəaliyyəti, apardığı siyasət və diplomatik gedişləri bu gün dünyada nümunə kimi göstərilir, təcrübəsi öyrənilir və bu səbəbdən Azərbaycan siyasəti həm Avropa İttifaqında, həm Amerikada, həm də digər ölkələrdə yüksək səviyyədə qəbul edilir.

Bizim üçün də böyük fəxrdir ki, dünyanın ən böyük hegemon dövləti olan ABŞ-ın Prezidenti Azərbaycan Prezidentini böyük lider adlandırır, ona hörmətlə yanaşır, “İlham Əliyev mənim dostumdur” deyir. Hətta ABŞ Prezidenti Donald Trump İlham Əliyevə Ağ Evin rəmzi olan açarı təqdim edib. Bu, çox böyük bir məsələdir. Tramp həmin mərasimdə bildirib ki, bu açar hər adama verilmir — yalnız nadir liderlərə təqdim olunur və o nadir liderlərdən biri də məhz İlham Əliyev olub.

Bəli, biz çox böyük bəlalardan qurtulduq. İndi isə regionda, Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişir. İndiyədək 200 ildən artıq bir müddət ərzində bu regionda Rusiya dominantlıq edirdi, təsiri altındaydı.

Ancaq 2024-cü ilin dekabrına qədər Rusiya ilə münasibətlərimiz normal idi. Lakin 2024-cü il dekabrın 25-də Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiyadan üzr istəməsini, təzminat ödəməsini və cinayəti törədənlərin cəzalandırılmasını tələb etdi. Təəssüf ki, qonşumuz Rusiya bu çağırışlara cavab vermədi, məsələyə barmaqarası yanaşdı və Azərbaycanı saymadı.

Bunun nəticəsində Azərbaycan apardığı müdrik siyasət və strateji addımlarla Rusiyanı Cənubi Qafqazdan çıxarmağa nail oldu. Bəli, qarşıda hələ məsələlər qalır. Yəni Rusiya hələ tam çıxarılmayıb. Amma artıq Azərbaycanda Rusiyanın heç bir dayağı yoxdur. “Beşinci kolon” adlandırılan ruspərəstlər də başa düşürlər ki, Azərbaycanda artıq səslərini çıxara bilməzlər.

Artıq Rusiyanın Cənubi Qafqazda məğlubiyyəti açıq şəkildə görünür. Çünki Rusiyasız Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Bu, ABŞ-da — Donald Trump-ın iştirakı və dəstəyi ilə baş tutub. Zəngəzur dəhlizi isə “Trump marşrutu” adı ilə fəaliyyət göstərəcək".

Politoloq qeyd edir ki, bizim üçün fərqi yoxdur — əvvəllər üçtərəfli bəyanata əsasən, bu dəhlizə Rusiya nəzarət etməli idi. İndi isə bunu ABŞ edir. Bizim üçün əsas olan sabitlikdir. Fərq yalnız ondadır ki, Rusiya artıq Cənubi Qafqazdan çıxarılır və çıxarılacaq.

Məsələn, Ermənistan Baş naziri Paşinyan da hakimiyyətə gələndən bəri Rusiyaya qarşı addımlar atır. Onlar rus sərhədçilərini Zvartnots hava limanından çıxardılar, Türkiyə və İran sərhədlərində də rus sərhədçiləri əvəz olunub, erməni sərhədçiləri yerləşdirilib. Bütün bunlar göstərir ki, Ermənistanda da tabelikdən çıxmaq üçün müəyyən addımlar atılır.

Yəni Rusiya apardığı bədnam siyasətlə Cənubi Qafqazdan çıxarılacaq və bu, Azərbaycan Prezidentinin apardığı güclü və diplomatik siyasətin nəticəsində baş verəcək. Əlbəttə, biz hələ də tam təhlükədən xilas olmamışıq. Rusiya Azərbaycana təhdidlər edir. Onların Dövlət Dumasında bəzi deputatlar Azərbaycana hücum etmək, neft-qaz infrastrukturlarını bombalamaq çağırışları edirlər.

Lakin bu gün Azərbaycanın çox güclü müttəfiqləri var: Türkiyə, İsrail, Pakistan və indi də ABŞ — Donald Trump kimi liderin dəstəyi ilə. Ona görə də hesab edirəm ki, Rusiya yaxın zamanlarda Azərbaycana qarşı ciddi bir addım ata bilməyəcək. Əks halda, Rusiya özü daha ağır problemlərlə üzləşə bilər.

Nəticə etibarilə, aparılan düzgün siyasət sayəsində Azərbaycan inkişaf etdi, böyüdü, dünya iqtisadiyyatına töhfələr verdi, Avropa İttifaqının enerji təhlükəsizliyinə dəstək göstərdi və bu gün dünyanın lider ölkələrindən biri hesab olunur. Bütün bunlar xalqın və dövlətin milli maraqlarını qoruyan düzgün siyasətin nəticəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri