Icma.az
close
up
RU
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi

Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Son baş verən proseslərə diqqətlə nəzər yetirəndə, bir çox maraqlı məqamı görmək mümkündür”. 

Bu sözləri politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin son zamanlar Cənubi Qafqazla bağlı atdığı addımlar müsbətdir: 

“Nəzərə alaq ki, ABŞ Türkiyə ilə Yaxın Şərqdə ciddi layihələr həyata keçirməkdədir. Bundan başqa, rəsmi Vaşinqton Cənubi Qafqazdakı siyasətə də dəstək verir. Eyni zamanda, ABŞ Rusiyanı bölgədən və Yaxın Şərqdən çıxarmağa çalışır. 

Azərbaycan da Türkiyə ilə strateji müttəfiqdir. Yəni qardaş olsaq da, siyasi terminologiyada siyasi müttəfiqik. Bu baxımdan, Türkiyə və Azərbaycanın ABŞ ilə münasibətlərinin yaxşı olması olduqca faydalıdır”. 

Ekspert qeyd edib ki, Rusiya və İran çökmək üzrədir: 

“Əslində, Azərbaycan avroatlantik məkanda yerləşir. Sadəcə olaraq Rusiya və İran faktoruna görə bunu leksikonumuzdan çıxarmışıq. Çünki adıçəkilən ölkələr ABŞ-nin, NATO-nun və Qərbin düşmənləridir. 

İndiki zamanda isə tamam fərqli vəziyyət yaranıb. Belə ki, hazırda Rusiya və İran kifayət qədər çökmüş vəziyyətdədir. Rusiyanın və İranın ritorikaları artıq işə yaramır. Hesab edirəm ki, həm İranda molla rejiminin, həm də Rusiyada Putin hakimiyyətinin çöküşü ərəfəsindəyik”. 

Politoloq hesab edir ki, ABŞ ilə tərəfdaşlıq Rusiya ilə müttəfiqlikdən daha yaxşıdır: 

“Son zamanlar xeyli zəifləyən Rusiya və İran həm Qafqazdan, həm də Yaxın Şərqdən çıxarılır. Xüsusilə onların Suriyada başlarına gələnlər hamıya yaxşı məlumdur. Belə bir halda, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirmək lazımdır. Ümumiyyətlə, strateji olaraq böyük əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizi həm də bölgədə sabitliyin, qardaşlığın və iqtisadi rifahın mərkəzinə çevriləcək. 

Son zamanlarda Zəngəzur dəhlizi prosesində ABŞ-nin də iştirak edəcəyi iddiaları yayılıb. Düşünürəm ki, Rusiyadansa, Türkiyənin müttəfiqi olduğu ABŞ ilə tərəfdaşlıq min dəfə daha yaxşıdır”. 

Zəlimxan Məmmədlinin fikrincə, Azərbaycan, Türkiyə və ABŞ ortaq bir layihənin içərisindədir: 

“Hətta bura yeri gələndə Ermənistanı da qatmaq olar. Ümumiyyətlə, ABŞ ilə Azərbaycan münasibətlərinin yaxşılaşması ilə Cənubi Qafqazda yeni dönəm başlayır. Hesab edirəm ki, Azərbaycan-Türkiyə-ABŞ başda olmaqla, region dövlətlərinin əməkdaşlığı müstəvisinə keçirik. 

Bütün bunlar onu göstərir ki, bizim siyasi xəttimiz doğrudur, düzgündür. Çünki ABŞ-Azərbaycan münasibətlərinin pozitiv istiqamətdə düzəlməsi həm ölkəmizin, həm də regionun təhlükəsizliyi baxımından əhəmiyyətlidir”. 

Elmir Mustafa
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Ağ ev Zəngəzur dəhlizi Ermənistan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri