Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Ağ Evin Zəngəzur dəhlizi İSRARI

Ağ Evin Zəngəzur dəhlizi İSRARI

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Alison Hukerlə görüşüb. 

Bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb. Qeyd olunur ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər, xüsusilə Ermənistan-Amerika Anlaşma Memorandumunun və TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) Sazişinin icrası prosesi müzakirə olunub. Xanım Alison Huker ABŞ-nin Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın qurulmasına sadiqliyini bir daha təsdiqləyib.

Dövlət katibinin müavininin Ermənistan səfiri ilə “Tramp marşrutu”nun açılışı məsələsini müzakirə etməsi ABŞ-nin bu layihənin reallaşmasına xüsusi maraq göstərdiyini təsdiq edir. Bununla da Tramp  administrasiyası Ermənistana Zəngəzur dəhlizinin açılmasına dair götürdüyü öhdəlikləri yerinə yetirilməsinin vacibliyini xatırladıb. 

Yəni Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyi imzalasa da, sonradan buna əməl etmədi. Lakin ABŞ bu məsələdə israrlı görünür və Rusiyadan fərqli olaraq, “Tramp marşrutu”nun açılmasını Ermənistandan tələb edir. Artıq ABŞ bu məqsədlə avtomobil və dəmir yollarının inşası üçün Ermənistana 145 milyon dollar vəsait ayırıb. Növbəti mərhələdə bu məbləğin artırılacağı gözlənilir. 

Hazırda Zəngəzurda infrastrukturun bərpası ilə məşğul olacaq amerikalı mütəxəssislərin işlərə başladığı bildirilir. Prosesin bu cür inkişafı Zəngəzur dəhlizinin açılmasında əsas maraqlı tərəf olan Azərbaycanın sülh şərtlərinə uyğundur. Yəni ABŞ-nin tələbləri və “yumşaq” təzyiqləri qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılmasından yayına bilməyəcək. Hazırda kommunikasiyaların açılmasına əngəl törədə biləcək yeganə səbəb Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ola bilər. 

Revanşist müxalifət seçkilərdə qalib gələcəyi təqdirdə, bu layihədən imtina edəcəyini gizlətmir. Hətta Ermənistanın sabiq prezidenti Robert Köçəryan oktyabrın 7-də keçirdiyi mətbuat konfransında “Tramp marşrutu”nun Ermənistana heç bir fayda gətirmədiyini, bu layihədən  qazanan tərəflərin yalnız ABŞ və Azərbaycan olduğunu deyib. Radikal müxalifətin bu mövqeyi seçkilərdən öncə çəkindirici amil kimi çıxış edir. Ona görə də Ermənistan hakimiyyəti bu məsələdə “dəhliz” termininə qarşı çıxmaqla daxili təzyiqləri neytrallaşdırmağa çalışır. 

Oktyabrın 9-da hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bir daha İrəvanın mövqeyini açıqlayıb. “Zəngəzur dəhlizi” ifadəsinin Ermənistan ərazisinə aid olmadığını  deyən Kostanyan bildirib ki, ərazisindən keçən kommunikasiyaların necə adlanması Azərbaycanın öz problemidir. 

Əslində, Paşinyan hökumətinin son günlər bu bəyanatı tez-tez təkrarlaması daxili auditoriyaya hesablanıb və Paşinyanın Ermənistan ərazisinin bir hissəsini dəhliz kimi Azərbaycana bağışladığına dair müxalifətin ittihamlarının qarşısını almaq məqsədi daşıyır. ABŞ isə yol və ya dəhliz adlanmasından asılı olmayaraq, Ermənistandan bu marşrutun açılmasını tələb edir. 

Tramp administrasiyası ilə Ermənistan arasında əldə olunmuş razılaşmaya görə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkət təmin olunmalıdır. Yəni Azərbaycana məxsus nəqliyyat vasitələri, yük, eləcə də vətəndaşlar sərhəd-buraxılış və gömrük nəzarətindən keçmədən Zəngəzurdan keçməklə hər iki istiqamətdə hərəkət etməlidir. Bu isə dəhliz məntiqinə uyğundur. 

Azərbaycan Ermənistan ərazisində eksterritoriallığın yaradılmasını tələb etmir. “Tramp marşrutu”nun dəhliz formatında təşkili  Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Ona görə də Baş nazir Paşinyanın imzasına əməl etməsi hüquqi öhdəlikdir. ABŞ üçün bu məsələ həm kommersiya, həm də strateji əhəmiyyət daşıdığından, Tramp administrasiyasının layihənin icrası ilə bağlı Ermənistan qarşısında tələbləri artacaq.

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Ağ ev Zəngəzur dəhlizi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri