Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Ağ Evin Cənubi Qafqaz strategiyası növbəti mərhələdə

Ağ Evin Cənubi Qafqaz strategiyası növbəti mərhələdə

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ–Ermənistan diplomatik müzakirələrində TRIPP-lə bağlı növbəti addımlar müəyyən edilib

Rəsmi açıqlamalara baxanda söhbətin əsasən regional əməkdaşlıqdan, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasından və iqtisadi inkişaf perspektivlərindən getdiyi görünür. Amma görüşün əsas mesajı bu çərçivədən daha genişdir. Çünki danışıqların mərkəzində “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi dayanırdı. Bu, təsadüfi seçim deyil. TRIPP artıq sadəcə nəqliyyat layihəsi kimi təqdim edilmir.

Layihənin ətrafında baş verən proseslər göstərir ki, Vaşinqton Cənubi Qafqaza münasibətini yenidən qurur. ABŞ üçün region yalnız diplomatik vasitəçilik meydanı deyil, həm də gələcək logistika xətlərinin, investisiya imkanlarının və yeni geoiqtisadi əlaqələrin formalaşdığı strateji məkandır. Əgər əvvəlki dövrlərdə Vaşinqton daha çox siyasi vasitəçi rolunda çıxış edirdisə, indi yanaşma dəyişir. ABŞ nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və iri investisiya layihələri vasitəsilə regionda daha davamlı mövcudluq yaratmağa çalışır.

Görüşün ən diqqətçəkən tərəfindən biri də müzakirə olunan mövzular qədər iştirakçılar idi. Danışıqlarda TRIPP+Enterprise fondunun rəhbəri Konstantin Sokolovun iştirakı layihənin yalnız diplomatik təşəbbüs olmadığını göstərir. Bu, TRIPP-in arxasında real maliyyə mexanizmlərinin və iri investisiya planlarının formalaşdığını göstərir. Başqa sözlə, Vaşinqton Cənubi Qafqazda sadəcə siyasi prosesləri izləmək niyyətində deyil. Məqsəd iqtisadi alətlər, investisiya layihələri və nəqliyyat infrastrukturu vasitəsilə uzunmüddətli təsir mexanizmi yaratmaqdır. TRIPP-in ətrafında formalaşan mənzərə də bunu göstərir: regionda yeni rəqabət artıq yalnız diplomatik masalarda deyil, yollar, dəmir yolları, logistika mərkəzləri və investisiya layihələri üzərində gedir.

ABŞ administrasiyası layihənin investisiya platforması olan TRIPP+Enterprise fonduna ayırdığı vəsaiti qısa müddətdə 201 milyon dollardan 402 milyon dollara yüksəltdi. Yəni maliyyə paketi bir neçə ay ərzində 2 dəfə artırıldı. Vaşinqton bununla açıq mesaj verir ki, Cənubi Qafqaz ABŞ üçün regional layihə deyil, Avropa, Türkiyə, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirəcək yeni geoiqtisadi xəttin əsas hissəsidir. Buna görə də TRIPP yalnız nəqliyyat layihəsi kimi təqdim edilmir. Süni intellekt, məlumat emalı mərkəzləri, kritik minerallar və enerji təhlükəsizliyi kimi istiqamətlər də eyni paketə daxil edilir.

Niyə məhz Ermənistan?

TRIPP layihəsinin coğrafi xəritəsinə və siyasi arxitekturasına nəzər saldıqda görürük ki, Ermənistan bu prosesdə xüsusi yer tutur. Mətbuatda yayılan məlumatlara görə, TRIPP Development şirkətində ABŞ-ın üstün mövqeyə (74 faiz) malik olması Vaşinqtonun layihəyə yalnız investor kimi deyil, həm də strateji tərəfdaş kimi yanaşdığını göstərir. Bu yanaşma ABŞ-ın marşrutun gələcək idarəetmə və inkişaf mexanizmlərində də təsir imkanlarını qorumaq niyyətindən xəbər verir. Bu model Ermənistan üçün də yeni geosiyasi istiqamət deməkdir. Son dövrlər İrəvan nəqliyyat və kommunikasiya layihələrinə yalnız regional iqtisadi imkan kimi deyil, həm də Qərblə uzunmüddətli strateji inteqrasiyanın alətlərindən biri kimi yanaşır. Onun son illərdə ABŞ və Avropa İttifaqı ilə münasibətləri genişləndirməsi, təhlükəsizlik, enerji, texnologiya və iqtisadi əməkdaşlıq sahələrində yeni mexanizmlər yaratmağa çalışması ölkənin xarici siyasət kursunda baş verən dəyişiklikləri göstərir.

Bu baxımdan TRIPP Ermənistan üçün həm də geosiyasi seçim və yeni iqtisadi modelə inteqrasiya cəhdi kimi qiymətləndirilə bilər. Bununla belə, onun real nəticələri yalnız siyasi niyyətlərdən deyil, praktiki icra prosesindən, tərəflərin maraqlarının uzlaşdırılmasından və regionda formalaşacaq yeni qüvvələr balansından asılı olacaq.

Bakı tikir, qurur İrəvan plan qurur

TRIPP layihəsi ətrafında diqqətçəkən əsas məqamlardan biri də marşrutun özü deyil, tərəflərin bu layihəyə yanaşma fərqidir. Hazırda Azərbaycan və Ermənistan fərqli mərhələlərdə dayanır: Bakı infrastruktur qurur, İrəvan isə hələ hüquqi çərçivəni, idarəetmə modelini və maliyyə mexanizmlərini formalaşdırmağa çalışır. Ermənistan hökuməti layihənin hələ hazırlıq mərhələsində olduğunu bildirir. Baş nazir Nikol Paşinyan tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlanmasının nəzərdə tutulduğunu açıqlayıb. O, hökumətin bazarın şaxələndirilməsi üzərində daim çalışdığını və bunun artıq nəticə verdiyini qeyd edib: “Bu prosesdən sonra logistika mərkəzlərinin yaradılmasını təşviq edəcəyik”.

Bakının təqdim etdiyi mənzərə isə fərqlidir. Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamalarına görə, Azərbaycan üzərinə düşən öhdəliklərin mühüm hissəsini artıq yerinə yetirib. Dəmir yolu və avtomobil infrastrukturu üzrə işlərin yüksək icra səviyyəsində olduğu, layihələrin 2027-ci ilin əvvəlinədək Ermənistan sərhədinə qədər çatdırılmasının planlaşdırıldığı bildirilir. Bununla yanaşı, regionun nəqliyyat xəritəsini dəyişə biləcək digər layihələr də paralel şəkildə həyata keçirilir. Türkiyə ərazisində Qars–İğdır–Dilucu dəmir yolu xəttinin tikintisinin başlaması Şərq–Qərb və Orta Dəhliz marşrutlarının genişlənməsi baxımından addım hesab olunur. Bu layihələr yalnız Azərbaycanla Naxçıvan arasında əlaqənin deyil, bütövlükdə regionun tranzit imkanlarının artırılması məqsədi daşıyır.

Beləliklə, Bakı hesab edir ki, növbəti mərhələ artıq İrəvanın atacağı addımlardan asılıdır. Başqa sözlə, Azərbaycan üçün əsas məsələ tikintinin davam etdirilməsi, Ermənistan üçün isə hələ də layihənin necə reallaşdırılacağına dair qərarların tamamlanmasıdır. Yəni Azərbaycan əvvəlcə infrastrukturu yaradır, daha sonra bu imkanların gətirəcəyi iqtisadi və siyasi dividendləri hədəfləyir. Ermənistan isə hələ layihənin idarə olunması, beynəlxalq iştirak və maliyyələşmə məsələlərini müzakirə edir. ABŞ isə layihənin tezliklə reallaşmasının tərəfdarıdır. Regionda mövqeyini möhkəmləndirmək istəyir.

Elməddin BEYBUD,
siyasi icmalçı

TRIPP ətrafında baş verənlər göstərir ki, söhbət təkcə yeni bir nəqliyyat marşrutundan getmir. Bu layihə ABŞ-ın Cənubi Qafqazda iqtisadi, siyasi və strateji iştirakını institusionallaşdırmaq cəhdidir. Eyni zamanda Ermənistan Qərbin uzunmüddətli geoiqtisadi layihələrinə inteqrasiya olunur, Azərbaycan isə artıq inşa etdiyi infrastruktur vasitəsilə bu yeni sistemdə öz yerini möhkəmləndirməyə çalışır.

Başqa sözlə, regionda rəqabət artıq təkcə diplomatik masada getmir. O, dəmir yolu xətlərində, avtomobil magistrallarında, logistika mərkəzlərində və milyardlarla dollarlıq investisiya paketlərində davam edir.

Bu mənzərədə TRIPP layihəsinin taleyi təkcə iqtisadi layihənin uğuru kimi qiymətləndirilə bilməz. Onun gələcək inkişafı Cənubi Qafqazda qüvvələr balansına, böyük güclərin rəqabətinə və Ermənistan-Azərbaycan münasibətlərinin yeni mərhələsinə birbaşa təsir göstərəcək. Görünən odur ki, Vaşinqton bu oyunda müşahidəçi deyil, əsas oyunçulardan biri olmaq niyyətini açıq şəkildə ortaya qoyur.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Avqust 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri