Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Ağ Evin Cənubi Qafqaz planı: İrəvan və Bakıya sənəd təqdim edilib?

Ağ Evin Cənubi Qafqaz planı: İrəvan və Bakıya sənəd təqdim edilib?

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Carnegie Endowment”in mənbəsi: “Prezident Tramp hətta buna görə Nobel mükafatı da qazana bilər”

Cənubi Qafqazda həll olunmamış əsas problem nəzəri olaraq Asiyanı Avropa ilə birləşdirməli olan nəqliyyat kommunikasiyalarının taleyi olaraq qalır. Gürcüstandan başqa, bu marşrutların bəziləri də Ermənistan ərazisindən keçərək Türkiyəni Azərbaycanla, daha sonra isə Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər. Bu barədə “Carnegie Endowment” yazıb.

Nəşr qeyd edib ki, Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir: “Onun Türkiyə və Azərbaycanla sərhədləri 1990-cı illərdə Birinci Qarabağ müharibəsi başlayandan bəri bağlı qalıb. Bu, faktiki olaraq ölkəni regiondakı bütün böyük nəqliyyat və enerji layihələrinin kənarında qoyub. İrəvan təcriddən qismən də olsa çıxmağa çalışır - ilk növbədə sərhədlərini açmaqla. Artıq bir neçə ildir ki, İrəvan “Sülh yollarının kəsişməsi” təşəbbüsünü irəli sürür, vaxtilə Ermənistan ərazisindən keçmiş bütün nəqliyyat marşrutlarının bərpasını və istifadəsini təklif edir. Bakı təkid edir ki, buna Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizin (Zəngəzur dəhlizi - red) açılmasından başlamaq lazımdır. Bu layihə Bakının təşəbbüsü ilə İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı Üçtərəfli Bəyanata daxil edilib. Moskvanın vasitəçiliyi ilə imzalanmış sənəd marşrutun gələcək idarə edilməsində Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma bu gün İrəvan bu sxemə etiraz edir, gömrük rüsumlarından, pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər bütün aspektlərə özü nəzarət edəcəyini təkid edir. Bakı cavab verir ki, taleyi sual altında ola biləcək nəqliyyat layihəsinə sərmayə qoymağa hazır deyil, məsələn, Ermənistanda hökumət dəyişərsə. Ona görə də Azərbaycan tələb edir ki, marşrutun dayanıqlı fəaliyyətini təmin etmək üçün kənar zəmanətçi cəlb olunsun. Görünən odur ki, bu mövqe Türkiyə tərəfindən paylaşılır, baxmayaraq ki, İrəvan hələ də Ankaranı Ermənistanın marşruta tam nəzarət etmək hüququnu tanımağa inandırmağa ümid edir”.

“Danışıqlar illərində tərəflərin uzlaşmaya ən yaxın olanı avropalı vasitəçilərin səyləri olub. Bir neçə il əvvəl Avropa İttifaqı Rusiya və Gürcüstanın 2008-ci il müharibəsindən sonra qoyduğu presedentə əsaslanan variant təklif etdi: nəqliyyat marşrutlarının idarə edilməsinin müstəqil xarici şirkətə verilməsi. O zaman müzakirələr Abxaziya və Cənubi Osetiya vasitəsilə yük daşınması ilə bağlı idi. Burada nəzarəti İsveçrə operatoru həyata keçirməli idi və məlumatları müntəzəm olaraq bütün maraqlı tərəflərlə bölüşməyə borclu idi. Vəziyyətdəki əhəmiyyətli fərqlərə baxmayaraq, bu mexanizm Ermənistan və Azərbaycana da təklif edilib. Lakin müzakirələr heç vaxt irəli getmədi. Aİ-nin cəhdlərinin qarşısı alındı: əvvəlcə Ermənistan-Azərbaycan sərhədində gərginliyin yeni mərhələsi, sonra 2023-cü ildə Qarabağda gərginliyin artması ilə”, nəşr yazıb.

Məqalədə bildirilib ki, bu gün ABŞ danışıqları canlandıra bilər. İki xarici diplomat nəşrə bildirib ki, dünyada münaqişələrin həlli kursu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını irəli sürüb: “Ümumiyyətlə, bu, Aİ-nin təklifləri ilə səsləşir, lakin Amerika məntiqinə əsaslanır: məsələn, Ukraynada nadir metallar üzrə sövdələşmədə artıq baş verdiyi kimi, Amerika biznesinin birbaşa iştirakı ilə sazişin davamlılığına zəmanət vermək olacaq. Bununla belə, Vaşinqton prosesin hərəkətə keçməsi üçün çox səy göstərməli olacaq. İki mümkün variant var. Birincisi, sülh sazişi imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyasında irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır. Buna məsələn, İlham Əliyevi Ağ Evə dəvət etməklə nail olmaq olar. İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina edərək, İrəvana Amerika modeli ilə razılaşmaq üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq. Baxmayaraq ki, müzakirələr hələ ilkin mərhələdədir və detallar dəyişə bilər, ABŞ nümayəndələrindən biri uğur qazanacağına əminliyini bildirib”. Nəşr qeyd edir ki, “Prezident Tramp hətta buna görə Nobel mükafatı da qazana bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri