Icma.az
close
up
RU
Ağ Evin Cənubi Qafqaz siyasəti və ya yeni adminstrasiyada ermənipərəstlər var, amma...

Ağ Evin Cənubi Qafqaz siyasəti və ya yeni adminstrasiyada ermənipərəstlər var, amma...

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəz rəhbəri: “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik”

ABŞ-da yeni hakimiyyətə gələn Donald Tramp adminstrasiyasının xarici siyasəti ilə bağlı bir çox açıq suallar qalmaqdadır. Yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra yeni Prezident Tramp Amerikanın daxili siyasəti ilə bağlı bir sıra fərmanlar imzalayıb. Ağ Evin xarici siyasət kursu ilə bağlı isə hələlik rəsmi yanaşmalar yoxdur. Tramp andiçmə mərasiminədək olan dövrdə müəyyən bəyanatlar verib, amma bu bəyanatların rəsmiyyətə keçib-keçməyəcəyi sualları var. Azərbaycan ictimaiyyətini maraqlandıran əsas suallardan biri isə yeni adminstrasiyanın Cənubi Qafqazla bağlı siyasəti, Vaşinqton-Bakı münasibətlərində hansı dəyişikliklərin olacağıdır.  

Bu günlərdə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “həm ABŞ demokratlar administrasiyası, eyni zamanda, bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək verilməsi faktlarını gördük”.

“Hələ ötən ilin aprel ayında Amerika dövlət katibi Avropa İttifaqı Komissiyasının prezidenti Ermənistan Baş naziri arasında presedenti olmayan formatda görüş keçirmişdi. Onun izahatını vermək çətin idi. Xüsusi olaraq Ermənistan Azərbaycan normallaşma prosesinin intensiv mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir. Ümumilikdə demokratlar administrasiyası tərəfindən bir günlük antiterror əməliyyatından sonra 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımların atılmaması və bununla müəyyən mənada Azərbaycanı cəzalandırmaq niyyətləri, o cümlədən bir sıra qərəzli addımları gördük. Bu gün ABŞ-da yeni Prezident fəaliyyətə başlayıb. Bundan sonra növbəti 4 il ərzində respublikaçılar hakimiyyətdə olacaq. Güman edək ki, burada boz yanaşma fərqini müşahidə edəcəyik. Azərbaycan ABŞ ilə normal, proqnozlaşdırıla bilən qarşılıqlı maraqlar və hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır" - nazir vurğulayıb.

Əvvəlki demokratlar adminstrasiyasından Azərbaycan Prezidenti İlham Əliyev də narazıdır. Prezident Əliyev dünən Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.

Ağ Evin yeni adminstrasiyası dövründə regiona və Azərbaycanla bağlı siyasət, münasibətlərin inkişafı perspektivləri barədə AYNA-nın suallarını Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politolor Fərhad Məmmədov cavablandırıb. Analitik deyib ki, Tramp adminstrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı bəlli deyil:

- Çünki adminstrasiyada bölgənin siyasətinə məsul olacaq məmur və ya məmurlar müəyyən deyil ki, biz onların fikirlərinin nədən ibarət olduğunu bilək. Məsələn, Yaxın Şərqlə, Suriya ilə bağlı siyasətə təhlükəsizlik üzrə müşavir mayk Vals baxacaq ki, həmin şəxs kürdpərəstdir. Vals bu barədə artıq bəyanatlar verib və biz Ağ Evin Yaxın Şərq, Suriya məsələsində hansı siyasət aparacağını ehtimal edirik. Bizim regionla bağlı isə hələlik qeyri-müəyyənlik var.

İlkin işartılar ondan ibarətdir ki, yeni adminstrasiyada ermənipərəst şəxslər var. Məsələn, dövlət katibi postuna təsdiqlənən Marko Rubio, Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Tulsi Qabbard və digərləri ermənipərəst mövqedən çıxış edirlər. Yəqin ki, bunların mövqeyinin Ağ Evin siyasətinə müəyyən təsirləri olacaq.

İndi regiona baxışda ən vacib ölkə Gürcüstandır. Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Trampın andiçmə mərasiminə dəvət aldı, iştirak etdi, eyni zamanda çox yüksək səviyyəli görüşlər keçirdi: həm Trampla, həm dövlət katibi ilə, həm müdafiə naziri ilə. Amma Tiflisdə faktiki hakimiyyət var. ABŞ bu baxımdan, Gürcüstan siyasəti ilə bağlı hansısa konkret addım atmalıdır. Gürcüstandakı faktiki hakimiyyətlə Vaşinqton hansəısa formada ünsiyyət qurmalıdır. “Gürcü Arzusu” iqtidarınının legitimliyini qəbul etməmək, faktiki hakimiyyətə qarşı sanksiyalar Gürcüstanda aranı qatacaq. Eyni zamanda, Tiflisin Rusiyaya yaxınlaşmasını daha da sürətləndirəcək. Bu isə ABŞ-ın maraqlarına uyğun deyil. Çünki bölgədə Gürcüstan Vaşinqton üçün önəmli ölkədir.

- Bəs Azərbaycana münasibət necə olmalıdır və olacaq?

- Dediyim kimi, Ağ Evin yeni adminstrasiyasında ermənipərəst siyasətçilər var və onlar müəyyən addımlar ata bilərlər. Amma burada Türkiyə faktoru önəmlidir. Hesab edirəm ki, bu günlərdə Türkiyənin xarici işlər naziri hakan Fidanın Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərdə bu məsələlər geniş müzakirə olunub. Tramp adminstrasiyasında regionumuzda bizim maraqlarımız əleyhinə addımlar atıldığı halda hansı adekvat addımların atılması güman ki, müzakirə edilib. Elə siyasət aparılmalıdır ki, yeni adminstrasıyanın əleyhimizə ata biləcəyi addımları neytrallaşdıraq, eyni zamanda, Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik. Bizim bunun üçün resurslarımız var. Azərbaycan-Türkiyə-Gürcüstan görüşünün planlaşdırılması da təsadüfi deyil. Cənubi Qafqazın geosiyasi, geoiqtisadi məzmunu məhz bu üç ölkə - Azərbaycan, türkiyə və Gürcüstan tərəfindən formalaşdırılıb. Ermənistanın burada zərrə qədər də rolu yoxdur. Hesab edirəm ki, Tramp adminstrasiyası bunları nəzərə almalıdır və alacaq.

Vacib məsələlərdən biri də Tramp adminstrasiyasının Rusiya ilə, İranla və Avropa İttifaqı ilə münasibətlərinin necə formalaşacağıdır. Çünki bunlar Cənubi Qafqaz siyasətinə təsir edəcək. Burada Azərbaycanın mövqeyinin necə olması da önəmlidir.

- Hansı mənada mövqeni nəzərdə tutursunuz?

- Biz gördük ki, Azərbaycan İsrail və Türkiyə arasında danışıqlara vasitəçilik üçün cəhdlər göstərir. Bakı qlobal məsələlərdə müzakirələrdə rol oynamaq potensialını ortaya qoyur. Bu gün Ukrayna münaqişəsi ilə bağlı danışıqlar çoxşaxəlidir. Burada ABŞ-Rusiya danışıqları var, Rusiya-Ukrayna, Ukrayna-ABŞ, Avropa İttifaqı-Ukrayna danışıqları mövcuddur. Bu təmasların müəyyən bir hissəsi Azərbaycanda keçirilə bilər. Yəni bu rolu Azərbaycan oynaya bilər. Vaşinqtonda bunu çox yaxşı bilirlər və nəzərə almağa məcburdurlar. Eyni zamanda, başqa bir məqam odur ki, Azərbaycan İslam dünyasında dünyəvi ölkədir. Burada bütün dini icmaların nümayəndələrinin birgə yaşayışı təmin olunub. Bu baxımdan, Azərbaycan nadir ölkələrdən biridir. Amerikanın yeni adminstrasiyası yəqin ki, bu amili də nəzərə alacaq və almalıdır.

Bütün bunlarla yanaşı, Azərbaycan Orta Asiyaya çıxış qapısıdır. Orta Asiyaya ABŞ-ın marağı varsa, fiziki olaraq ora çatmaq ancaq Azərbaycan vasitəsilə mümkündür. Bunu Vaşinqton nəzərə almalıdır.

- Sizcə bu amillər Vaşinqton tərəfindən nəzərə alınacaqmı?

- Güman edirəm ki, nəzərə alınacaq. ABŞ-ın indi Cənubi Qafqaz siyasəti ilə bağlı tam aydınlıq olmasa da, Vaşinqtonun Cənubi Qafqazda maraqlıdır. Bu maraqlar da istər-istəməz regionun əsas dövləti olan Azərbaycanla münasibətlərin yaxşı olmasını, əməkdaşlığı zəruri edir. Hər halda, yaxın müddətdə yeni adminstrasiyanın bölgə və Azərbaycanla bağlı mövqeyi dəqiqləşəcək, biz müəyyən bəyanatların şahidi olacağıq. O zaman daha təfərrüatlı analiz etmək imkanımız olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri