Icma.az
close
up
RU
“Ağ ölüm” maarifləndirməsi davam etdirilir

“Ağ ölüm” maarifləndirməsi davam etdirilir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

2024-cü ildə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının cəlb edilməsi ilə ümumilikdə 183 tədbir həyata keçirilib. Bu tədbirlər sırasında 95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 6 sosial layihə, 5 intellektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak yer alıb. Cari ilin yanvar-aprel ayları ərzində “802” qaynar xəttinə ümumilikdə 292 vətəndaş müraciəti daxil olub. Bu müraciətlərin 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.

Cari ilin ilk 4 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 2 min 992 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 593 kiloqram 000.402 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Həmçinin qeyd olunan dövrdə 4 min 263 ədəd metadon və 2 min 578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb. Müsadirə olunan narkotik vasitələrin 140 kiloqram 727.95 qramı heroin, 60 kiloqram 688.812 qramı tiryək, 30 kiloqram 822.838 qramı həşiş, 21 kiloqram 378.121 qramı digər narkotik vasitələr, 68 kiloqram 104.632 qramı isə psixotrop maddələr təşkil edib.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 1499 nəfər təşkil edib. Onlardan 33-ü xarici ölkə vətəndaşlarıdır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il dekabrın 31-nə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 min 490 nəfər olub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri