Icma.az
close
up
RU
Ağ ölüm kabusu

Ağ ölüm kabusu

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanı narahat edən, bəşər övladının bəlasına çevrilən, bir çox gənclərin aludə olduğu narkomaniya bu gün demək olar ki, öz sferasını genişləndirib. Cəmiyyət üçün çox qorxulu, təhlükəli olan narkomaniya insan sağlamlığına bərpaedilməz ziyan vurmaqla yanaşı, cəmiyyətdə neqativ halların yaranmasına da səbəb olur. Çünki narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya rəvac verir, immunçatışmazlığı sindromunun sürətlə artmasına təkan olur. Bunun təsirindən ailələri dağıdılır, ömürlər yarımçıq qalır. Əlbəttə ki, cəmiyyətin yarasına çevrilən "ağ ölüm" sosial partlayışlara səbəb olub. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq cəmiyyətin intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə, bir çox mənfi hallara gətirib çıxarır. Bu, həm də və ən əsası, cinayətkarlığın artmasına səbəbdir. Narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.

Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən kifayət qədər işlər görülüb. Bu sahədə fəaliyyət, ardıcıl olaraq, davam etdirilir və daha da genişləndirilir. Belə ki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdə mühüm bir Sənəd oldu. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı", 2007-ci il 28 iyun tarixli Sərəncamla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər üçün)", 2013-cü il 24 iyun tarixli Sərəncam ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamı oldu.

GƏNCLƏŞƏN NARKOMANİYA

Dövlət Proqramından irəli gələrək respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib və bu davam etməkdədir. Eyni zamanda, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsullar tətbiq olunur. Son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə artmışdır. Bu gün narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqlardan sui-istifadə edərək, onlara həmin məhsulları təklif edirlər. Beləliklə, uşaqlarda aludəçilik yaranır.

NARKOMANLIQ DİAQNOZU İLƏ QEYDİYYATDA OLANLARIN ARTAN SAYI

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci ilin 31 dekabr tarixində ölkə üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33 788 nəfər təşkil edib. Həmin şəxslərdən 28 318 nəfəri dispanser, 5 470 nəfəri profilaktik qeydiyyatda olanlar olub. Bu şəxslərdən 618 nəfəri qadın olub. 23 537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10 251 nəfəri kannabinoid qrupuna aid narkotik istifadəçiləri olub. 2020-ci ildə müvafiq diaqnozla 2 723 nəfər qeydiyyata götürülüb, 1 856 nəfər isə qeydiyyatdan çıxarılıb.

2021-ci ildə isə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 602 nəfər təşkil edib. Həmin şəxslərin 27 106 nəfəri dispanserdə, 7 496 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 556 nəfəri qadın olub. 24 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9 752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləri olub. 2021-ci ildə müvafiq diaqnozla 5 603 nəfər qeydiyyata götürülüb, 4 789 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş yeni statistik hesabat formasına uyğun təqdim edilmiş məlumata əsasən, 2024-cü il 31 dekabr tarixində respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 490 nəfər təşkil etmişdir. Onlardan 20 182 nəfəri opioidlərin, 8 611 nəfəri kannabioidlərin, 11 697 nəfəri isə bir neçə narkotik maddəni eyni zamanda qəbul etməsi nəticəsində psixikası və davranışı pozulmuş şəxslərdir. Bunlarda 1005 nəfəri isə qadındır. Beləliklə, son 5 ilin rəsmi narkotik istifadəçisi statistikası ortadadır. Bir daha xatırladaq ki, 2020-ci ildə ölkə üzrə rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 33 788 nəfər, 2021-ci ildə 34 602 nəfər, 2022-ci ildə 35 097 nəfər, 2023-cü ildə 36 659 nəfər, 2024-cü ildə isə 40 490 nəfər təşkil edib.

NARKOMANİYA CƏMİYYƏTİN QORXUNC KABUSUDUR

Bildiyimiz kimi, narkotik maddələr orqanizmə daxil olduqdan sonra psixoloji, fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Mütəxəssislərin qənaətinə görə, narkotik maddə asılılığı, saxta xoşbəxtlik hissi verən maddənin müəyyən təsiri əldə etmək üçün lazım olan istifadəsi müddətində ortaya çıxan, fiziki, psixi və sosial problemlərə baxmayaraq, maddə istifadəsinin davam etdirilməsi və bu istəyin dayandırıla bilmədiyi bir vəziyyətdir. Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir. Zamanla zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir.

Əlbəttə ki, narkomaniya yalnız cəmiyyətin narkotik asılılıqdan əziyyət çəkən fərdinin deyil, ümumilikdə cəmiyyətin bir problemidir. Narkotik istifadəçisi birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir edir. Mütəxəssislərin qənaətinə görə, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomanlığın yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin təşkil davamlı olmalıdır. Qorxunc bu kabus gənclərin başı üzərində dolaşmaqdadır. Gənc və yeniyetmələrin sağlam böyüməsi təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, bu işdə hər kəs bacardığını etməlidir. Cəmiyyətin hər bir vətəndaşının bu istiqamətdə fəallığı mütləqdir.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see292

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see261

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see243

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see242

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see242

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see237

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see236

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see234

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see225

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see218

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see218

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see203

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see198

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see194

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see193

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see192

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see191

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see190

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see184

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri