Icma.az
close
up
RU
“Ağ ölüm” qarşısında keçilməz sədd

“Ağ ölüm” qarşısında keçilməz sədd

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib. Bu barədə İşçi Qrupundan məlumat verilib. 

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanıb. Onlardan 162-si narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kiloqram 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin 765 kiloqram 086,6 qramını marixuana, 76 kiloqram 396,846 qramını heroin, 23 kiloqram 339 qramını tiryək, 20 kiloqram 032,8 qramını həşiş, 6 kiloqram 043,5 qramını digər narkotik vasitələr və 2 kiloqram 557,9 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kiloqram 456, 646 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22  milyon 795 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilib, onlardan 199-u kişi, 8-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kiloqram 900,246 qram müxtəlif növ narkotik vasitələr  götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kiloqram 341,549 qram narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlər 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kiloqram 240,1 qram narkotik vasitə və psixotrop  maddə müsadirə edilib. 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 59 kiloqram 691,5 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kiloqram 400,634 qram (82,9 faiz) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kiloqram 086,6 qramın (85,6 faiz) marixuana təşkil edib. Onun da 648 kiloqram 809,2 qramı (84,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 116 kiloqram 277,4 qramı  (15,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-cı il yanvarın 30-u tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kiloqram 620,899 qram, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilib. 

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 704 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı il yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1 (0,01 faiz) nəfəri inyekson narkotik istifadəçisi olub.

2026-cı ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 65 vətəndaş müraciəti daxil olub ki, onların 5-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 6-sı narkotik asılılıqdan müalicə, 54-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 11 məktub ünvanlanıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see383

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see377

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see339

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see328

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see320

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see294

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see278

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see265

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see262

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see256

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see253

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see252

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see251

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see242

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see238

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see236

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see210

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see208

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see206

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri