“Ağ Şəhər” layihəsində ekoloji yanaşma master plana daxil edilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Ağ Şəhər” layihəsində ekoloji yanaşma master-plana daxil edilib.
APA xəbər verir ki, bunu “Ağ Şəhər” layihəsinin xüsusi layihə meneceri Yelena Çernova II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, “Ağ Şəhər” layihəsi daha geniş dövlət proqramının bir hissəsidir və layihənin həyata keçirilməsində dövlət qurumları, beynəlxalq şəhərsalma məsləhətçiləri və yerli ekspertlər əməkdaşlıq edib.
Çernovanın sözlərinə görə, əvvəllər Bakı buxtasının mərkəzində ciddi çirklənmiş ərazi olan sahənin yeni məqsədlə istifadəsi üçün ekoloji yanaşma əsas götürülüb.
“Ekoloji vizyon ən başlanğıcdan master-plana daxil edilib. Buraya iqlim üçün uyğun şəhər planlaşdırılması, layihənin ətrafdakı mövcud şəhər mühitinə inteqrasiyası və nəqliyyat strategiyasına uyğunlaşdırılması daxildir”, - o qeyd edib.
O bildirib ki, layihədə ictimai nəqliyyatdan istifadənin təşviqi, avtomobillərdən istifadə və emissiyaların azaldılması, yaşıl zonaların yaradılması və piyadalara üstünlük verilməsi nəzərdə tutulub.
Çernova həmçinin layihə çərçivəsində yaşıl binaların inşa edildiyini və bir sıra biznes binalarının BREEAM standartları üzrə sertifikatlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu təşəbbüs hazırda yaşayış binalarında da davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















