Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Kalininqrad üzərində “qara buludlar” ...

Kalininqrad üzərində “qara buludlar” ...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva narahatdır - NATO “mühasirəyə” hazırlaşır?

Rusiya-Ukrayna müharibəsində, dolayısı ilə isə Qərb-Rusiya qarşıdurmasında ən strateji həlqələrdən biri də Kalininqrad vilayətidir. Qeyd edək ki, 1946-cı ilin iyuluna qədər Köniqsberq adlanan vilayət Rusiya Federasiyasının qərbdə yerləşən ərazisi, Federasiyanın ən kiçik vilayətidir. Mərkəzi Avropada yerləşən bu bölgə cənubda Polşa, şimalda və şərqdə Litva ilə həmsərhəddir. Qərbdə Baltik dənizi ilə əhatə olunub. Sahəsi 15.125 kvadrat kilometrdir.  Qeyd edək ki, İkinci Dünya müharibəsindən dərhal sonra ərazidə mülki məsələlərlə məşğul olan Xüsusi Hərbi Dairə təşkil edilib. 7 aprel 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bu ərazidə RSFSR-in tərkibində Köniqsberq vilayəti yaradıldı. 4 iyul 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bölgə Kalininqrad, Köniqsberq şəhəri isə sovet dövlət və partiya xadimi M. İ. Kalinin şərəfinə Kalininqrad adlandırılıb. 9 iyul 1946-cı ildə Stalin tərəfindən imzalanmış SSRİ Nazirlər Sovetinin 1522 nömrəli Fərmanı ilə 1946-cı ilin avqust-oktyabr ayları arasında RSFSR-in 20 bölgəsindən və üç muxtar respublikasından, eləcə də Belarusdan Kalininqrad vilayətinə daimi yaşayış üçün 12.000 kolxozçu ailəsinin “könüllü” köçürülməsi təmin edilib. Alman və Litva əhalisi (Prussiya litvalıları) 1947-ci ilə qədər Almaniyaya deportasiya olunub. Müharibədən sonra Kalininqrad vilayəti Sovet İttifaqının ən hərbiləşdirilmiş ərazilərindən birinə çevrildi. İkiqat Qırmızı Bayraqlı Baltik Donanmasının qərargahı Kalininqradda yerləşdirildi. 1991-ci ildən sonra da Baltiysk (keçmiş Pillau) şəhəri bu donanmanın ən böyük bazası olaraq qalmaqdadır. Hazırkı  həssas məqamda isə Kalininqrad məsələsi daima aktualdır. Təsadüfi deyil ki, Mərkəzi Avropda ehtimal olunan potensial qarşıdurmada ilkin hədəf kimi Kalininqrad göstərilir - hər iki tərəf bu ərazini təhlükə kimi xarakterizə edir: Qərb özünə təhdid kimi, Rusiya isə ilk hücuma məruz qalacaq ərazi kimi...

Təlim, yoxsa...

Son dövrlərdə aktual olan NATO-Rusiya qarşıdurması ehtimalı yenidən Kalininqrad məsələsini müzakirə mövzusuna çevririb. Xatırladaq ki, ötən ayın ortalarında NATO Mərkəzi Avropaya yaxın ərazidə “Sabit Günorta” nüvə qarşısının alınması təlimləri keçirilib. Təlimlərə Hollandiya ev sahibliyi etsə də, əsas fəaliyyətlər Şimal Alyansı tərəfindən icra olunub. Təlim çərçivəsində Belçikadakı “Kleine-Brogel” hava bazası və Böyük Britaniyadakı Kral Hava Qüvvələrinin “Lakenheath” bazası da dəstək rolunu oynayıb. Təlimlərdə 14 müttəfiq ölkədən təxminən 71 hərbi təyyarə iştirak edib. Təlimlərdə məqsəd, nüvə silahlarının təhlükəsizliyini və effektivliyini təmin etmək, həmçinin müttəfiq ölkələrin nüvə hücumunun qarşısının alınması sahəsindəki hazırlığını artırmaq olduğu bildirilib. Bu isə Moskva üçün müharibə ehtimalı proqnozlarını yenidən ortaya çıxarıb.

NATO “məşq edir”...

Belə ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Şimali Atlantika Alyansı hərbi təlimlər zamanı Kalininqrad bölgəsinin mümkün blokadasını məşq edir. “Alyansın təlimləri zamanı Kalininqrad bölgəsinin blokadası kimi ssenarilər məşq edilir. Bölgə fəal şəkildə hərbiləşdirilir, koalisiya qüvvələri və təchizatları ilə doldurulur”, -deyən Qruşko bildirib ki, bu hadisələrin fonunda bölgədə gərginliyi azaltmağın yollarını tapmaq çətindir. O, Qərbin və NATO-nun təcili məsələlərin dürüst müzakirəsinə başlamaq istəmədiyini iddia edib, vurğulayıb ki, Rusiya gərginliyin azaldılmasına sadiqdir.

Rusiya xarici işlər nazirinin müavini xəbərdarlıq edib ki, Rusiya boş oturmayacaq və vəziyyətə həm beynəlxalq hüquq, həm də digər alətlərdən istifadə edərək cavab verəcək. Qruşko bildirib ki, bu, dövlət təhlükəsizliyini və milli maraqları təmin etmək üçün vacibdir.

Moskva “qırmızı xətti”ni açıqlayır...

Son aylarda, xüsusilə yay aylarına Kalininqrad məsələsi aktiv müzakirə predmeti olub. Məsələn, bu ilin iyulunda ABŞ-ın Avropa və Afrikadakı quru qoşunlarının komandanı, general Kristofer Donahu bildirmişdi ki, Rusiyaya məxsus Kalininqrad bölgəsi hər tərəfdən NATO-ya üzv ölkələrin əhatəsindədir və Şimali Atlantika Alyansı onu istənilən an məhv edə bilər.

Bu mülahizəyə cavab olaraq Kremlin mətbuat katibi Dmitrli Peskov vurğulamışdı ki, NATO-nun Rusiyaya qarşı düşmənçiliyi Moskvanı ölkənin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir. “NATO qarşıdurma alətidir, ölkəmizə düşmən münasibət bəsləyən blokdur. Bu, bizi bütün bunları nəzərə almağa və öz təhlükəsizliyimizi təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir”, - Peskov deyib.

Daha sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, bölgənin təhlükəsizliyi bütün lazımi vasitələrlə təmin ediləcək. “Bütün demarşlar edilir, bütün siqnallar ötürülür. Bu, dönməz praktikadır. Kalininqrad vilayəti Rusiyanln ayrılmaz hissəsidir və heç bir halda heç bir müzakirə predmeti deyil”.

Dövlət Dumasının komitə rəhbəri Leonid Slutski isə bəyan etmişdi ki, NATO-nun Kalininqrad vilayətinə hücumu Rusiyanın cavab tədbirlərinə, o cümlədən nüvə doktrinasında nəzərdə tutulan tədbirlərə gətirib çıxaracaq.

Nüvə ritorikasının davamı - qlobal təhdid...

Beləliklə, Kalininqradda ehtimal olunan hər hansı bir qarşıdurma Rusiya ilə Qərb arasında gərginlik nöqtələrinin çoxalmasına və artıq dünya təhlükəsizliyi sistemini kökündən sarsılmasına yol açı bilər. Çünki Kalininqrad ətrafında baş verə biləcək hadisələr təkcə regional böhran deyil, həm də qlobal miqyasda nüvə təhdidinin artması ilə nəticələnə biləcək yeni qarşıdurmanın başlanğıcı kimi dəyərləndirilir. Kalininqrad Rusiyanın Avropadakı ən strateji hərbi nöqtəsidir - burada yerləşən “İskander-M” raket kompleksləri və Baltik donanmasının qüvvələri Moskvanın NATO-nun şərq cinahına yönəlik əsas gücü hesab olunur. Verilən açıqlamalardan da bəlli olur ki, vilayətin hərbi potensialı həm də Rusiya üçün nüvə balansında mühüm rol oynayır. Moskvanın nüvə siqnalı verməsi həm də Qərbə qarşı psixoloji təzyiq formasıdır. Çünki Rusiya yaxşı anlayır ki, Baltik regionunda hərbi eskalasiya istənilən anda nəzarətdən çıxaraq qlobal müharibə riskini doğura bilər.

Bütün bunlar göstərir ki, Kalininqrad artıq təkcə Rusiya ilə NATO arasında gərginlik nöqtəsi deyil, XXI əsrin “soyuq müharibə”sinin potensial açar nöqtəsinə çevrilib. Dünya təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı indiki halda isə hərbi ritorikanın davam etdirilməsi nüvə balansının pozulmasına yol açacaq - bu isə tək Avropa deyil, bütün bəşəriyyət üçün faciəvi nəticələr doğura bilər...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see705

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see673

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see671

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see513

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see478

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see464

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see410

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see361

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see354

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see353

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see345

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see342

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see336

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see333

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see330

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see325

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see324

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see316

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see303
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri