Icma.az
close
up
RU
“Ağ xalat sindromu” Həkim görəndə təzyiq niyə qalxır?

“Ağ xalat sindromu” Həkim görəndə təzyiq niyə qalxır?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elə insanlar var ki, həkim, xəstəxana və ya tibbi mühit görəndə həyəcanlanır, qan təzyiqi və ya nəbzi yüksəlir. Əslində bu halın tibbdə özünəməxsus adı var: “Ağ xalat sindromu...”
Mütəxəssislər deyir ki, bu sindrom xəstənin həkim qorxusundan, xəstəlik diaqnozu almaq narahatlığından, stress və təşvişdən yaranır.
Maraqlıdır ki, həkimlər “ağ xalat sindromu” yaşayan xəstəylə qarşılaşdıqda nə edirlər?
Bizim.Media mövzuyla bağlı həkimlərin fikirlərini öyrənib.
Professor, tibb eksperti Adil Qeybulla deyir ki, bu sindrom xəstələrin psixoloji vəziyyətindən asılıdır, bunun fiziki güclə və s. əlaqəsi yoxdur:
“Elə adam var ki, idmançıdır, ancaq iynədən qorxur, qan görəndə özündən gedir. Elə cılız bir insan olur ki, əməliyyatı sakit qarşılayır”.
Bəs həkim bu hallarda nə edir?
“Hər birimiz bununla rastlaşmışıq. Həkim öncədən xəstəni psixoloji hazırlamalı, prosesin təhlükəsiz olduğunu başa salmalıdır.  Hətta belə təşvişli xəstələrdən qan götürərkən naşatır spirtindən istifadə, əməliyyat zamanı venadaxili inyeksiyaların vaxtında edilməsi kimi ehtiyat tədbirlərindən istifadə olunur”, - deyə Adil Qeybulla vurğulayıb.
“Elə xəstə var ki,  həkim görəndə ilk dəfə təzyiqi 160-170-ə qədər yüksəlib”.
Bu sözləri isə nevroloq  Röyanə Quluzadə saytımıza açıqlamasında qeyd edib. O da xəstələri arasında bu sindroma tez-tez rast gəldiyini vurğulayıb:
“Ağ xalat sindromu” nevroz, təşviş pozuntusu olan insanlarda tez-tez rast gəlinir. Şəxs həkimlə görüşmədən qabaq onda stress hormonu artırır, ürək döyüntüsü artır, qan təzyiqi yüksəlir. Hətta bir dəfə xəstəni müayinə edərkən təzyiqi 160-170 idi. O, buna təəcüblənib, bildirdi ki, onun təzyiqi heç vaxt belə yüksək olmayıb. Bu isə onun narahatlığından yaranıb.
Belə hallarda təşvişli xəstəyə məsləhət görürük ki, həkimin otağına girmədən dərindən nəfəs alsın, bir az gözləsin. Həkim əgər xəstənin həyəcanını hiss edirsə, onunla söhbət etməli, adaptasiyasına şərait yaratmalıdır. Əgər xəstə çox həyəcan keçirirsə, dilaltı həblərdən istifadə edilə bilər”.
Qeyd edək ki, “ağ xalat sindromu”na yeniyetmələrdə və gənclərdə, stressə həssas insanlarda, ilk dəfə tibbi müayinəyə gedənlərdə daha çox rast gəlinir.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri