Icma.az
close
up
RU
Ağ xalat hər kəsi həkim etmir!

Ağ xalat hər kəsi həkim etmir!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Saxta diplomlular iş başında...

Pasiyentlər necə aldadılır?

Tibb elə bir sahədir ki, burada edilən kiçik bir səhv insanın sağlamlığını, gələcəyini, hətta həyatını əlindən alır. Bu baxımdan, həkimlər cəmiyyətin ən məsuliyyətli və etibar edilən peşə sahiblərindən biri hesab olunur. İnsanlar xəstəxanaya və ya özəl klinikaya müraciət edərkən qarşılarındakı şəxsin həqiqətən də uzun illər təhsil almış, peşəkar bilik və bacarıqlara malik, dövlət tərəfindən tanınan ixtisas sahibi olduğunu düşünürlər. Ancaq heç kimin ağlına gəlmir ki, ağ xalat geyinmiş, tibbi terminlərlə danışan və özünü mütəxəssis kimi təqdim edən şəxs əslində tibb universitetində oxumayıb, saxta diplomla bu sahəyə gəlib.

Xüsusilə, estetik əməliyyatlara marağın artması ilə bu sahədə fəaliyyət göstərən “həkimlərin” sayı diqqətçəkən dərəcədə çoxalıb. Sosial şəbəkələrdə reklamlar, bahalı klinika görüntüləri, məşhur simalarla çəkilmiş fotolar və həqiqiliyi təsdiqlənməyən sertifikatlar vasitəsilə özlərini peşəkar kimi təqdim edən bu şəxslər insanların sağlamlığını, bəzən isə həyatını ciddi təhlükə altına qoyurlar.

Maraqlıdır, ixtisasını dəyişib sonradan plastik “cərraha” çevrilən “həkim”lərin əlində bayraq etdikləri kurslar və sertifikatların hüquqi qüvvəsi varmı, onlar hansı əsaslarla verilir?

Məlumdur ki, test imtahanlarında 500-600-dən yuxarı bal toplayan, həkim olmaq istəyən abituriyentlər 6 il tibb universitetlərində biliklərə yiyələnirlər. Lakin bu, onların hələ tam ixtisas sahibi olması anlamına gəlmir. Eləcə də təkcə tibb universitetini bitirməklə estetik cərrah kimi fəaliyyət göstərmək mümkün deyil.

Qanun nə deyir?

Hüquqşünas Nadir Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə tibbi fəaliyyət, o cümlədən həkimlik lisenziyalaşdırılmış fəaliyyətdir. Onun sözlərinə görə, həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidir: “Lisenziya olmadan fəaliyyət göstərənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər 2 min manatdan 3 min manata, vəzifəli şəxslər 5 min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1000 manata, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar”.

Hüquqşünasın sözlərinə görə, həkimlərin səhvi ucbatından vətəndaşların səhhətinə zərər dəyərsə, vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməlidir: “Baş prokurorluq müvafiq araşdırmanı aparır. Həmin müəssisənin lisenziyası, vergi ödəyicisi olub-olmadığı ilə bağlı sənədlər yoxlanılır. O cümlədən, orada çalışan həkimlərin tibb təhsilinə dair sənədlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Bundan sonra həmin tibb işçilərinin təqsiri aşkarlanarsa, vətəndaşların mülkü qaydada iddia qaldırmaq hüququ yaranır. Mülkü iddianın əsasında isə vətəndaşların sağlamlığına vurulmuş maddi zərər, o cümlədən, onların bu sahədə xərclədikləri maddi vəsaitlər geri qaytarıla bilər”.

Bahalı avadanlıqlar “həkimlərə” yardım etmir...

Estetik cərrah Nüşabə Kərimova bildirib ki, estetik cərrahiyyə, sadəcə, görünüşü dəyişdirməkdən ibarət deyil. Bu sahə insan anatomiyasının, fiziologiyasının, toxumaların sağalma mexanizmlərinin və mümkün ağırlaşmaların dərindən öyrənilməsini tələb edən mürəkkəb tibbi ixtisasdır: “Bu səbəbdən estetik müdaxilələri yalnız müvafiq ali tibb təhsili almış, ixtisaslaşma keçmiş və peşə fəaliyyətinə hüquqi icazəsi olan həkim həyata keçirməlidir.Təəssüf ki, son illər özünü “estetik mütəxəssis”, “plastik cərrah” və ya “kosmetoloq” kimi təqdim edən, lakin tibbi hazırlığı olmayan, saxta diplomdan istifadə edən şəxslərin fəaliyyəti narahatlıq doğurur. Belə insanlar bəzən sosial şəbəkələrdə uğurlu reklam kampaniyaları aparır, cəlbedici qiymətlər təklif edir və pasiyentlərdə peşəkar təsəvvür yaradırlar. Halbuki estetik prosedur zamanı verilən yanlış qərar sadəcə uğursuz görüntü ilə yekunlaşmır, infeksiya, toxuma nekrozu, sinir zədələnməsi, damar tutulması, qalıcı çapıqlar və hətta həyati təhlükə yaradan ağırlaşmalarla nəticələnə bilər.

Pasiyentlər bilməlidirlər ki, ağ xalat geyinmək və ya bahalı avadanlıqlara sahib olmaq heç kəsi həkim etmir. Əsl mütəxəssis hər bir prosedurdan əvvəl pasiyentin sağlamlıq vəziyyətini qiymətləndirir, riskləri izah edir, lazım gəldikdə müdaxilədən imtina edir və yalnız tibbi göstərişlərə əsaslanaraq qərar verir. Saxta diplomlu şəxs isə çox vaxt əsas məqsədini maddi qazanc üzərində qurduğu üçün pasiyentin təhlükəsizliyi ikinci plana keçir”.

Reklamların ciddi monitorinqə ehtiyacı var...

Cərrah qeyd edib ki, insanlar estetik prosedura qərar verməzdən əvvəl həkimin ali tibb təhsilini, ixtisasını, peşə fəaliyyətinə icazəsini və işlədiyi tibb müəssisəsinin qanuni fəaliyyətini araşdırmalıdırlar: “Pasiyentin həkimdən diplomunu, sertifikatlarını və peşə təcrübəsini soruşmaq hüququ var. Bu, etimadsızlıq deyil, sağlamlığı qorumağın ən təbii yoludur. Saxta diplomlu şəxslərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Səhiyyə qurumları nəzarəti gücləndirməli, özəl klinikalarda çalışan mütəxəssislərin sənədləri mütəmadi yoxlanılmalı, vətəndaşlar isə şübhəli halları aidiyyəti qurumlara bildirməlidirlər. Sosial şəbəkələrdə yayılan reklamların da daha ciddi monitorinqə ehtiyacı var, çünki bir çox insan məhz internetdə gördüyü görüntülərə inanaraq sağlamlığını riskə atır”.

Səhiyyə Nazirliyi saxta həkimlərlə mübarizə apara bilər?

Özəl tibb müəssisələrində həkimlərin fəaliyyətinin qanuniliyini yoxlayan qurum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzidir. Mərkəz təkcə klinikaları yox, aptekləri, dərman idxalçılarını, estetik mərkəzləri də yoxlamaq səlahiyyətinə malikdir. Mərkəzin məlumatına görə, Azərbaycanda və ya xaricdə tibb üzrə təhsil almış həkimlərin ixtisas dəyişməsi, lisenziyası və sertifikatı Analitik Mərkəz tərəfindən verilmir: “Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə müvafiq qaydada özəl tibb fəaliyyəti üzrə planlı (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Mərkəz tərəfindən yalnız özəl tibb fəaliyyəti üzrə sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilən qaydada, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu rəhbər tutularaq yoxlanılır.

Analitik Ekspertiza Mərkəzi əməkdaşları olan yoxlayıcılar tərəfindən səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə aşkar edilən bütün qanun pozuntuları ilə əlaqədar sahibkarlıq subyektlərinə inzibati qaydada tənbeh tədbirləri seçilərək barələrində tərtib olunan inzibati xəta haqqında protokollar Səhiyyə Nazirliyinin Hüquq şöbəsinə növbəti icraatı üçün təhvil verilir. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə, əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see399

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see352

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see351

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see343

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see338

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see335

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see332

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see320

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see310

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see293

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see288

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see283

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see251

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see250

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see241

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see237

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see236

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see216

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see215

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri