Icma.az
close
up
RU
Ağacan Abıyevin şərəfinə boks turniri keçiriləcək

Ağacan Abıyevin şərəfinə boks turniri keçiriləcək

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görkəmli idman xadimi ad günü ərəfəsində ziyarət edilib

Azərbaycan İdman Veteranları İctimai Birliyinin bir qrup üzvü ölkə idmanının görkəmli simalarından biri, adı Azərbaycan idman salnaməsinə qızıl hərflərlə yazılmış Ağacan Abıyevlə doğum günü münasibətilə yaşadığı ünvanda görüş keçiriblər.

Səmimi şəraitdə keçən görüş həm Ağacan müəllimin zəngin həyat yoluna hörmətin ifadəsi, həm də Azərbaycan idman tarixinin unudulmaz səhifələrinə bir baxış olub.

Ağacan müəllim 24 noyabr 1937-ci ildə Bakının Bülbülə qəsəbəsində Lenin ordenli neftçi Qulam kişinin ailəsində dünyaya gəlib. Ömrünü Azərbaycan idmanının inkişafına, təhsilin yüksəlişinə və elmi mühitin möhkəmlənməsinə həsr edən Ağacan Abıyev 1987–2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına 28 il rəhbərlik etməklə ali təhsil ocağının tarixində ən uzunmüddətli rektor kimi yadda qalıb. 2005, 2010 və 2015-ci illərin seçkilərində Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının deputatı kimi 15 illik parlament fəaliyyəti ərzində Elm və Təhsil komitəsinin üzvü, həmçinin İntizam Komissiyasının sədri olub.
Onun fəaliyyət dairəsi ölkə idmanının ən yüksək pillələrinə qədər uzanır. Azərbaycan Boks Federasiyasına 25 ildən artıq (1984–2009) prezidenti kimi rəhbərlik edən, sonrakı illərdə federasiyanın I vitse-prezidenti kimi fəaliyyət göstərən Ağacan müəllim həmçinin Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Olimpiya Akademiyasının Prezidenti, Avropa Həvəskar Boks Assosiasiyasının vitse-prezidenti, Dünya Həvəskar Boks Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü kimi mühüm vəzifələr daşıyıb. SSRİ-nin fəxri idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim olan Ağacan Abıyev “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

Ziyarət zamanı veteran idmançılar Ağacan müəllimi doğum günü münasibətilə təbrik edərək ona sağlam həyat, uzun ömür arzulayıblar. Səmimi söhbətlər, illərin yaddaşında qalan maraqlı xatirələr görüşə xüsusi rəng qatıb. Ağacan müəllimin həyat yolunun gənclər üçün əsl örnək olduğu qeyd olunub.

Görüşdə iştirak edən Afina-2004 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov məlumat verib ki, Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 15-19 dekabr 2025-ci il tarixlərində Boks Mərkəzində Ağacan Abıyevin şərəfinə yeniyetmələr arasında respublika boks turniri keçiriləcək.

Görüşün sonunda iştirakçılar Ağacan Abıyevlə xatirə şəkli çəkdiriblər. 

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri