Sığorta ilə MRT və KT dən necə keçək?
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ixtisaslı həkim tərəfindən təyin olunan maqnit-rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) müayinələri üzrə xidmətlər də daxildir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar icbari tibbi sığorta çərçivəsində MRT və KT müayinəsi xidmətlərindən yararlanmaq üçün şəxsiyyət vəsiqəsi ilə icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Həmin dövlət tibb müəssisələrində bu xidmətlərin göstərilməsi mümkün olmadıqda, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş əsasında yönləndirilir.
İxtisaslı həkimin göstərişi əsasında ambulator şəraitdə göstərilən MRT və KT müayinələrinə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği tətbiq olunur. Müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.
Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə Agentlik tərəfindən qarşılanır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:111
Bu xəbər 28 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















