Icma.az
close
up
RU
Ağaclara bağlayıb güllələyir, bədənimizi bizlə deşirdilər Zərərçəkmişlər

Ağaclara bağlayıb güllələyir, bədənimizi bizlə deşirdilər Zərərçəkmişlər

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 1-də davam etdirilib.

"Unikal" xəbər evrir ki, zərərçəkmiş Qaradağlı sakini Vidadi Hüseynov hadisələrin 1988-ci ildən başladığını, mütəmadi olaraq azərbaycanlılara hücumların edildiyini diqqətə çatdırıb. Bildirib ki azərbaycanlılar qətlə yetirilirdi. “Avtobuslara hücum edib mülki insanları atəşə tuturdular. Dinc sakinləri diri-diri yandırıb mal-qarasını talayırdılar. Azərbaycanlıları ağaca bağlayıb güllələyirdilər”, - deyə o əlavə edib.

Onun sözlərinə görə 1992-ci ilin fevralında Qaradağlıya dörd tərəfdən hücum olub. Zərərçəkmiş şəxs deyib ki, hücum zamanı kənddə 118 mülki azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar olub. Həmin mülki əhaliyə qarşı 400-500 silahlı erməni hücum edib. Hücum edənlərin bir hissəsi Ermənistandan gələn döyüşçülər, bir hissəsi muzdlular olub. Fevralın 17-də kənd işğal edilib.

Zərərçəkmiş şəxs İlqar Hüseynov işğal zamanı girov götürüləndən sonra yük maşınları ilə aparıldıqlarını, “Bəylik bağı” adlanan yerdə 33 nəfərin güllələndiyini bildirərək deyib: Həmin yerdə saxladılar, orada 33 nəfəri güllələdilər. Qalan insanları, o cümlədən məni Xankəndi istiqamətində apardılar”.

O, Xankəndidə saxlanıldığı vaxt işgəncələr gördüyünü, 45 gün sonra erməni əsirlə dəyişdirildiyini bildirib.

Zərərçəkmiş şəxs Əmiraslan Quliyev 1992-ci il fevralın 17-də erməni hərbçilərinin Qaradağlıya dörd tərəfdən hücum etdiyini bildirib. Zərərçəkmiş şəxsin sözlərinə görə, girov götürülən azərbaycanlıların 30-dan çoxunu maşından düşürüb güllələyiblər. Meyitləri yaxınlıqdakı quyuya atıblar. Yolda bir neçə dəfə maşınları saxlayaraq əsirlərin bəzilərini güllələyiblər. Digərlərini Xankəndiyə aparıb, orada onlara işgəncələr veriblər.

Zərərçəkmiş Baxşeyş Hüseynov bildirib ki, 1992-ci ilin fevralında kənd işğal olunanda onu girov götürüblər: “Məni digər əsir və girovlarla bərabər Xankəndiyə apardılar. Orada bizə hər gün işgəncələr veriblər. Bədənimizi bizlə deşiblər”. Zərərçəkmiş şəxs 56 gün girovluqda qaldığını qeyd edib.

Zərərçəkmiş Şamxal Şirinov da 1991-1992-ci illərdə Qaradağlının mütəmadi şəkildə atəşə tutulduğunu, kənd sakinlərinə hücumlar olunduğunu, azərbaycanlıların qətlə yetirildiyini, əmlaklarının talan edildiyini deyib. O bildirib ki, kənd həmin vaxt faktiki mühasirədə olub, onun digər ərazilərlə bütün əlaqələri kəsilib, nəticədə ciddi şəkildə ərzaq çatışmazlığı yaranıb. Kənd işğal olunanda onu da girov götürüblər. Onunla bərabər girov götürülənlərin bir qismi güllələnib. Zərərçəkmiş şəxs deyib ki, girov saxlandığı zaman ona dəhşətli işgəncələr verilib, dişlərini çəkib çıxarıblar, döyüb, bədəninə çoxsaylı xəsarətlər yetiriblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 May 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri