Icma.az
close
up
RU
Ağadadaş Ağayev: “Mənə qarşı əvvəlcədən düşünülmüş məsələdir”

Ağadadaş Ağayev: “Mənə qarşı əvvəlcədən düşünülmüş məsələdir”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalq artisti, müğənni Ağadadaş Ağayev dekabrın 3-də təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verib. O bildirib ki, başına gələnlərin – “MedEra Hospital”da onunla gözətçi arasında qalmaqal, ardınca barəsində cinayət işi başlanmasının əvvəlcədən ona qarşı düşünülmüş məsələ olduğunu hesab edir.

Bizimyol.info xəbər verir ki, xuliqanlıqda ittiham olunan Ağadadaş Ağayevin işinə Binəqədi Rayon Məhkəməsində baxılır. Hakim Vüsal Tağıyevin sədrliyilə keçirilən bugünkü məhkəmə prosesində müğənni özü ifadə verib.

Xalq artisti bildirib ki, evi “MedEra Hospital”ın yaxınlığındadır, bir müddət əvvəl orada qulağından əməliyyat olunmuşdu. Bu səbəbdən ağrıları vardı, ona ağrıkəsicilər vurulurdu. Qulağından qanxma başlayıb, ağrıları da artıb deyə, elə evin eyvanından xəstəxananın mühafizəçisinə müraciət edərək, kömək istəyib:

“Mühafizəçidən xahiş elədim ki, xəstəxanaya desin, mənə kömək eləsinlər. Mənə pis cavab verdi. Dedi ki, “sən öyrəşmisəm əmr eləməyə, qudurmusan”. Açdı ağzını, yumdu gözünü. Mən o anda səbrimi basdım. Elə söz dedi ki, aşağı düşməli oldum. Bu da mənim qapımın ağzına qədər gəldi. Onu uzaqlaşdırdılar...”

Ağadadaş Ağayev ifadəsinin davamında bildirib ki, gözətçi Nurəddin Cəlilov yenidən gəlib və onu çölə çıxmağa təhrik edib. Müğənninin sözlərinə görə, onun əlində nəsə olmasından ehtiyat edib, əlinə balta götürüb. O, iddia edir ki, balta götürsə də, mühafizəçini vurmaq niyyəti olmayıb: “Onu balta ilə vurmaq niyyətim olsaydı, elə qapının ağzında vurardım. O, məni təhrik elədi. Elə həddə çatdırdı ki, bu hadisə baş verdi”.

Müğənni iddia edir ki, ilk zərbəni dəmir parçası ilə ona Nurəddin Cəlilov vurub:

“Gördüm ki, dubinka ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idi. Guya bizi aralayırdılar. Mən dubinkanın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Bunlar necə insandılar? Yıxılanı belə vurarlarmı? Özü də İnsanlığı olmalıdır adamın”.

Xalq artistinin işi üzrə Nurəddin Cəlilovla yanaşı, klinikada xadimə işləyən Nəzakət Paşayeva da zərərçəkmiş qismində tanınıb. Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta Nəzakət Paşayevanın ayağına dəyib.

Müğənni ifadəsində bildirib ki, hadisə vaxtı bundan xəbəri olmayıb: “Mən xəsarət alan qadın görməmişəm. Heç baltanın ona dəydini də bilməmişəm. Mənə qarşı çox haqsızlıq oldu. Mən Azərbaycanın Xalq artisti olaraq, özümə bu hadisəni yaraşdırmıram”.

Məhkəmədə müğənni prokurorun, zərərçəkmiş tərəfin nümayəndəsi, vəkil Gülşən Salmanovanın suallarını cavablandırıb. Zərərçəkmişin nümayəndəsi bildirib ki, Ağadadaş Ağayevin məhkəmədə danışdıqları ilə istintaqdakı ifadəsi arasında ziddiyyətlər var. Bu səbəbdən onun istintaqdakı ifadəsi də məhkəmədə elan edilib.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Nurəddin Cəlilov və Nəzakət Paşayeva isə zərərçəkmiş qismində tanınıb.

Bu gün Binəqədi Rayon Məhkəməsinə Ağadadaş Ağayevlə bağlı daha bir cinayət işi gəlib. Həmin işdə isə Nurəddin Cəlilov təqsirləndirilən, Ağadadaş Ağayev zərərçəkmişdir. Sözügedən hadisə zamanı o, müğənnini yerə yıxıb döydüyünə görə xuliqanlıqda ittiham olunur.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri