Ağadadaş Ağayevin müğənni bacısı oğlu: Dayım mənənə dəstək olmur (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Ağadadaş Ağayevnin müğənni bacısı oğlu açıqlamaları ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, gənc ifaçı bildirib ki, sənət yolunda tanınmış qohumunun olmasına baxmayaraq, indiyədək heç kimdən xüsusi dəstək almayıb və hər şeyə öz zəhməti hesabına nail olmağa çalışır.
O, açıqlamasında məşhur dayısı Ağadadaş Ağayevin ona bu sahədə dəstək olmadığını söyləyib. Bununla yanaşı, digər dayısının hər zaman kömək etməyə çalışdığını, lakin özü buna imkan vermədiyini qeyd edib.
İfaçının sözlərinə görə, qohumu olsa belə, heç kimə minnətli olmaq istəmir və uğurlarını yalnız öz əməyi ilə qazanmağa üstünlük verir.
"5 manatı öz gücümlə qazanmağı, 30 faiz də olsa öz zəhmətimlə tanınmağı daha üstün tuturam", - deyə o, bildirib.
Sənətçinin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun müstəqil şəkildə irəliləmək istəyini alqışlayanlarla yanaşı, məşhur qohumların dəstəyinin də normal olduğunu düşünənlər arasında fərqli fikirlər qeyd ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 02 İyul 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















